Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanuni oğru Ukraynadan çıxarıldı - Video
Qanuni oğru Ukraynadan çıxarıldı - Video

39 yaşlı “Zuza” ləqəbli qanuni oğru Ukrayna ərazisindən xaric olunub.

Bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatçılar qanuni oğrunun Kiyevə gəldiyini və gəlirlərin bölüşdürülməsi üzrə məsələləri razılaşdırmaq üçün yerli cinayətkar aləmin nüfuz sahibləri ilə görüşəcəyi barədə məlumat alıblar. Onun qeyri-rəsmi yollarla ölkəyə daxil olduğu da müəyyənləşdirilib.

Polis Zuzanı saxlayıb və onun cinayətkar təsirinin yayılmasının qarşısını almaq məqsədilə ölkədən çıxarılmasına qərar verilib. Bu məqsədlə qanuni oğru Miqrasiya Xidmətinə təhvil verilib. Qurum, öz növbəsində Zuzanın üç il ərzində Ukrayna ərazisinə girişinin qadağan olunması barədə qərar qəbul edərək onu ölkədən çıxarıb.

Ukrayna Polisi qanuni oğrunun saxlanılmasını əks etdirən videokadrları ictimaiyyətə təqdim edib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »