Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderlandda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb
Niderlandda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

Niderlandın bir çox şəhərlərində sanitar məhdudiyyətlərə qarşı etiraz nümayişləri keçirilib.

Bizimyol.info xəbər verir ki, lenta.ru-nun verdiyi məlumata görə, hökumətin sanitar məhdudiyyətlər çərçivəsində komendant saatı tətbiq etməsi narazılıq doğurub. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. İlkin məlumata əsasən, 30-a qədər nümayişçi saxlanılıb, yaralılar haqqında dəqiq məlumat yoxdur.

Urk şəhərində COVID-19 test mərkəzi yandırılıb. Eindhoven şəhərində yüzlərlə nümayişçini dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Küçələrdəki avtomobillər yandırılıb. Mağazalar qarət edilib, vağzalın şüşələri sındırılıb.

Qeyd edək ki, Niderlandda yanvarın 23-dən fevralın 9-dək yerli vaxtla axşam saat 21:00-dən səhər saat 04:30-dək komendant saatı tətbiq olunub. Bu, İkinci Dünya müharibəsindən sonra ölkədə tətbiq edilən ilk komendant saatıdır.

Son xəbərlər
Bütün xəbərlər »