Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Portuqaliyada prezident seçkiləri başa çatıb
Portuqaliyada prezident seçkiləri başa çatıb
Portuqaliyada prezident seçkilərində səsvermə başa çatıb.

“Report”un məlumatına görə, səsvermə koronavirus pandemiyası və ölkədə yoluxucu vəziyyətin kəskinləşməsi fonunda keçirilib.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) bağlanıb.

Ölkədə 9 milyondan çox insan səsvermə hüququna malikdir. Portuqaliya prezidenti vəzifəsinə yeddi namizəd iddialıdır. Onların arasında respublikanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var.

Ölkə qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Hazırkı dövlət başçısı, 72 yaşlı Marselo Rebelo de Souza 2016-cı ildə prezident vəzifəsini icra etməyə başlayıb. Ölkədə seçkilərdən əvvəl keçirilən ictimai rəy sorğularına əsasən, o, siyasi marafonun favoritidir.

Əgər namizədlərdən heç biri seçkilərdə 50%-dən çox səs toplamasa, fevralın 14-də seçkilərin ikinci turu keçiriləcək.

Yerli vaxtla saat 16:00-a olan məlumata görə, seçicilərin 35,44%-i səs verib. 2016-cı ildə keçirilmiş seçkilərdə bu rəqəm 37,7% təşkil edib.

Ölkədə keçirilən sorğuların nəticələrinə əsasən Marselo Rebelo de Souzaya seçicilərin 68 faizi səs verib. Lakin seçici fəallığının az olması hazırkı dövlət başçısının əleyhinə ola, ikinci turun keçirilməsi şansını artıra bilər.

Son xəbərlər
Bütün xəbərlər »