Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ-ın aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır” - Dmitri Peskov
Dmitriy Peskov

Yanvarın 23-də ABŞ-ın Moskvadakı səfirliyinin razılaşdırılmamış aksiyalarla bağlı paylaşımları Rusiyanın daxili işlərinə qarışmaqdır.

“Qafqazinfo” bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramı üçün müsahibəsində bildirib.

“Əlbəttə ki, bunlar yanlış paylaşımlardı. Əlbəttə, bunlar dolayısı ilə bizim daxili işlərimizə mütləq müdaxilədir. Yəni dolayısı ilə bu, Rusiya Federasiyasının qanununun pozulmasına birbaşa dəstək, icazəsiz aksiyalara dəstəkdir”, - deyə Peskov qeyd edib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, əgər Rusiyanın ABŞ-dakı diplomatik missiyası Amerikada davam edən iğtişaşlar zamanı bu cür hərəkət etsəydi, “yəqin ki, bu, Vaşinqtonda müəyyən narahatlıq hissi doğurardı”.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Rusiyadakı səfirliyinin rəsmi saytında Federasiyada hazırlanan etiraz aksiyaları haqda məlumat verilmişdi. Orada aksiyaların keçiriləcəyi şəhərlərin adları, yeri və vaxtı qeyd olunmuşdu. Səfirlik, həmçinin ABŞ vətəndaşlarını mitinqlərdə iştirakdan çəkinməyə çağırmışdı.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »