Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: Bürcləri nə gözləyir... - 25-31 yanvar, 2021
Həftənin ulduz falı: Bürcləri nə gözləyir... - 25-31 yanvar, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 25-31 yanvar, 2021-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qalmaqallar, intriqalar, araşdırmalar - bizi tam başqa bir həftə gözləyir! Bilirsinizmi, bəzən bir neçə günlük müddət bir aydan daha çox hadisənin baş verdiyi dövrə çevrilə bilir - qarşıdakı həftə də tam olaraq belə dövrlərdən biridir. 2021-ci ilin yanvar ayının sonunu bir çoxumuz uzun illər boyunca xatırlamalı olacağıq. Ulduz xəritəsində nələr baş verəcək?

Qoç bürcü Qoç bürcü

Qoç - Enerji çatışmazlığından nadir hallarda şikayət etmək məcburiyyətində qalırsınız, problemləriniz adətən, enerjinizin çoxluğundan yaranır. Gələn həftənin də belə olacağı gözlənilir: izafi enerji qarşıdurmalara səbəb ola bilər, ən kiçik müqavimətlə qarşılaşdıqda əsəbləriniz tarıma çəkiləcək. Bu baxımdan xoşagəlməz hal cümə axşamı və cümə günü səhər saatlarıdır. Əlverişli saatlar çərşənbə axşamı və şənbə gününə təsadüf edəcək.

Buğa bürcü Buğa bürcü

Buğa - Artan emosionallıq həftənin birinci yarısında sizi gözlənilməz vəziyyətlərə sala bilər. Çərşənbə günü bu həyəcanın zirvəyə çatmasə gözlənilir, günü mümkün qədər təmkinli keçirməyə çalışın.

Eyni zamanda, emosional impulslarınızı cilovlamağı bacarsanız, həftə çox uğurlu və məhsuldar keçə bilər. Həftənin son iki günü ərzində ani və ehtiraslı bir sevginin baş qaldırması ehtimalı var.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Yanvar ayının son həftəsində qışın sonuna qədər planlaşdırılan vacib işlərin əksəriyyəti ilə məşğul olmaq vacibdir. Həqiqət budur ki, şənbə günündən sizin himayəçiniz olan Merkuri bir aya yaxın geriyə çevriləcək və vacib məsələlərə vaxt qalmayacaq.

Vaxt itirməyin, vəziyyət ümumiyyətlə, əlverişlidir. Bazar ertəsi çox yaxşı bir gün olmalıdır.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng - Həftənin birinci yarısı sizin üçün çox əlverişlidir, bu müddət üçün bütün ən vacib və çətin işləri planlaşdırmalısınız. Vaxtınız yoxdursa, cümə gününə təxirə salın.

Əsas məsələ cümə axşamını boş saxlamaq, necə deyərlər, siyahıdan silməkdir. Bu gün çox çətin və əlverişsiz bir gündür; bunu nə qədər sakit və təmkinli qaydada yola versəniz, bir o qədər yaxşı olar.

Şənbə intellektual məşğuliyyətlər, bazar günü isə fiziki fəaliyyət üçün yaxşıdır.

Şir bürcü Şir bürcü

Şir - Həftə, prinsipcə, müdirlər və yüksək vəzifəli məmurlar ilə təmas qurmaq, hüquqi problemləri və rəsmi qurumlarla əlaqəli məsələləri həll etmək üçün çox əlverişlidir.

Ancaq bütün bunlar çox vacib bir şərt altında mümkündür - çox da iddialı olmayın. Həddən artıq təzyiq tam əks nəticələrə gətirib çıxaracaq. Bunu cümə axşamı yadda saxlamaq xüsusilə vacibdir.

Qız bürcü Qız bürcü

Qız - Həftənin istənilən probleminə yaradıcılıq və ixtiraçılıqla, bəlkə də ruh yüksəkliyi ilə yanaşa bilərsiniz. Bunun həyatın bütün sahələrində əla müvəffəqiyyət şansı verdiyini başa düşürsünüz, buna görə də qətiyyətli olun. Və ləngimədən xəyallardan əməli işə keçin.

Bazar ertəsi ən uğurlu günlərdən biri olmalıdır. Həftə sonları da yaxşıdır, amma mümkün qədər vacib məsələlərdən azad günlər olması yaxşıdır.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Şəxsi cəbhədə hər şeyi bir-birinə qarışdırmamağa çalışın. Çərşənbə günündən həftənin sonuna qədər başınızı itirmək, gözləmədiyiniz anda eşqə düşmək, açiq olduğunuz birisinin dalınca dünyanın o başına ayaqyalın qaçmağa belə razılaşmaq kimi bir ehtimal var.

Mümkün qədər ehtiyatlı olmalısınız. İndi xəyallar üzərində mövcud olan bir gələcək naminə əlinizdə olan xoşbəxtliyi və sahib olduqlarınızın hamısını məhv etməyə dəyməz. Həftənin qalan hissəsi kifayət qədər müsbət və səmərəlidir.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb - Romantik maraqlar həftə ərzində ən vacib prioritetiniz ola bilər. Amma rəsmi vəzifələrinizi unutmamağa çalışın - rəhbərlərinizlə kəskin qarşıdurmalar riski var.

Və başqa bir ipucu: sevdiyiniz qadını (kişini) valideynlərinizə təqdim etmək istəyirsinizsə, yaxşı olar, bunu qarşıdakı həftə boyunca etməyəsiniz, o biri həftəyə saxlayın.

Çərşənbə günü böyük alış-verişlərdən çəkinməli və ümumiyyətlə, həftə boyunca pula qarşı daha diqqətli olmalısınız. Bədxərclik etmək ehtimalınız var.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Həftə ərzində güclü bir enerji artımı yaşayacaqsınız. Və əvvəlcə enerjiyə nəzarət etmək asan olmayacaq - bazar ertəsi-çərşənbə axşamı ağılsız sözlərdən və hərəkətlərdən çəkinin.

Sonrakı günlərdə özünüzü daha inamlı hiss edəcəksiniz və cümə axşamı günün ikinci yarısı yalnız əla bir dövr olmalıdır - bu, böyük uğurlarınızın və qələbələrinizin zamanıdır.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq - Həmişəki mühafizəkarlığınız bu həftə ən yaxşı strategiya kimi işinizə yaramayacaq. Dəyişiklik dalğası çox ciddi xarakter alacaq və ona qarşı müqavimət göstərməkdənsə onu qəbul etmək daha yaxşıdır.

Üstəlik, vəziyyətinizdəki dəyişikliklər, çox güman ki, dərhal çox aşkar olmasa da, müsbət nəticələrə gətirib çıxaracaq. Əhəmiyyətli məsələlər üçün bazar ertəsi və çərşənbə axşamı ən uyğun günlərdir.

Dolça bürcü Dolça bürcü

Dolça - Makedoniyalı İskəndərin şöhrətini qazana bilməsəniz də, amma bir məsələdə qəti olaraq ondan geri qalmayacaqsınız: Mürəkkəb düyünləri açmağa çalışmaq əvəzinə, onları dikbaşlıqla kəsməyə üstünlük verəcəksiniz. Bu yalnız sizin öz qərarınızdır və belə qətiyyətli davranışın nəticələrini həll etmək də sizin öz əlinizdədir.

Çərşənbə axşamının ən yaxşı gün olması gözlənilir. Fiziki fəaliyyət həftə ərzində çox faydalı olacaq.

Balıq bürcü Balıq bürcü

Balıq - Cümə axşamı və cümə gününün birinci yarısına diqqət yetirin. Şansınızı yaxalaya bilsəniz, bu həftə bütün qış üçün ən uğurlu dövr ola bilər və şübhəsiz ki, taleyiniz ağlınıza və bacarığınıza görə sizi mükafatlandıracaq.

Həftənin qalan hissəsi də pis deyil: əvvəlkindən fərqli olaraq, indi əsas səylərinizdə kənardan gələn dəstəyə güvənə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »