Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 24 yanvar, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 24 yanvar, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Uğurlu gün olacaq. Daha əvvəl başlanmış işi başa çatdırmaq üçün uyğundur və çoxdan bəri narahat edən suallara cavab almaq imkanı verir. İş problemləri uğurla həll edilə bilər; ən motivasiyalı və inadkar bir karyera pilləkəninə qalxma şansı yaranacaq.

Qoç bürcü Qoç bürcü

Qoç - Günün başlanğıcı əlverişlidir. Bu vaxt güclü təxəyyül və qeyri-standart bir yanaşma tələb edən mürəkkəb situasiyalar üçün əlverişlidir. Hər şey dərhal nəticə vermir, ancaq vəziyyəti düzgün qiymətləndirməklə sonunda əla nəticələr əldə edəcəksiniz. Daha əvvəl əldə edilmiş bilik və təcrübələrinizin faydasını görəcəksiniz. İntuisiyanıza etibar edə bilərsiniz - göstərdiyi yollar dəqiq olacaq.

Günortadan sonra ritmi bir qədər yavaşlatmağa dəyər. Bu zaman dincəlmək, mühiti bir az dəyişdirmək, xoş insanlarla söhbət etmək faydalı olacaq. Mürəkkəb, yorucu vəzifələrlə məşğul olmaq arzuolunmazdır.

Buğa - Gün ünsiyyət, müttəfiqlər və həmfikirlər tapmaq, ümumi işləri müzakirə etmək üçün əlverişlidir. Yeni olan hər şeyə şübhə ilə yanaşanlar da fikirlərinizi maraqla qarşılayacaqlar. Çox nüfuzlu tərəfdaşlar tapa bilərsiniz. Şəxsi cazibəniz tez-tez işdə kömək edəcək, ancaq bundan sui-istifadə etməməyə çalışın.

Günortadan sonra xoş görüşlər vəd olunur. Hazırda xoş xəbərlər də istisna deyil. Çox vaxt onlar şəxsən sizinlə deyil, sevdiklərinizlə bağlıdır. Darıxdığınız insanlarla ünsiyyət şansı mümkündür.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər - Maliyyə məsələlərini həll etmək üçün yaxşı gündür. Pul mövzusunda intuisiyanız sizi boşa verməyəcək. Doğru qərarlar verəcəksiniz, yaxşı sövdələşmələr bağlayacaqsınız. Bəzi Əkizlər gəlirlərini artırmağın effektli bir yolunu tapacaq. Xərc və alış-veriş məsələsində daha diqqətli olmağa çalışın; burada daha sonra peşman ola biləcəyiniz qeyri-ciddilik fəsadlara səbəb ola bilər.

Adət etdiyiniz işlər həmişəkindən daha yorucu görünəcək; nələrin təxirə salına biləcəyini düşünün.

Axşam dostlarınızla ünsiyyət qurmaq üçün əlverişlidir; görüşlər sizi yeni planlara ruhlandıracaq.

Xərçəng - Asan bir gün gözlənilmir. Bəzən planı dərhal həyata keçirmək olmayacaq: tərəfdaşlarla fikir ayrılıqları, xoşagəlməz hallar, bəzi qəribə hadisələr müdaxilə edə bilər. Mübahisələrdə öz baxışlarınızı müdafiə etmək də çətin olacaq, amma yaxın gələcəkdə haqlı olduğunuz görünəcək, buna görə səbr edin və yalnız gözləyin.

Sevdikləriniz sizi tez-tez səhv başa düşəcəklər. Belə məqamlarda qıcıqlanmayın. Dava-dalaşın qarşısını almaq vacibdir. Sakit olun, o halda doğru yanaşmanı tapacaqsınız. Axşam saatları sevgili Xərçənglər üçün romantik sürprizlər vəd edir.

Şir bürcü Şir bürcü

Şir - Narahat və çətin gün gözlənilir. Başqalarının da problemlərinə vaxt ayırmalı, onların da faydasını nəzərə almalı olacaqsınız. Ancaq bu işlər şəxsən sizin üçün xüsusilə maraqlı olmayacaq.

Özünü yaxşı tərəfdən təqdim etmək, nüfuzlu insanları maraqlandırmaq üçün bir fürsətiniz olacaq. Çox güman ki, romantik davamı olan xoş tanışlıqlar yer alacaq. Təşəbbüs göstərin, onu bəyəndiyinizi nəzərə çarpdırın.

Əvvəllər hazırladığınız plana uyğun davam etmək mümkün olmayacaq; tamaməm yeni planlar qurmalı olacaqsınız.

Amma axşam saatlarında özünüzə hesabat verərkən öz hərəkətlərinizdən qürur duymaq üçün bir çox səbəbiniz olacaq.

Qız - Ünsiyyət baxımından çətin və qarmaqarışıq gündür. Xoşagəlməz davranış göstərəcəksiniz, əksər hallarda səmimi ifadələrdə iynəli məna tapacaqsınız. Deyingən olacaqsınız.

Vacib işləri təkbaşına görün; narahatlıqlarınızı kiminləsə bölüşmək cəhdləriniz çətin ki, uğurlu olsun. Digərləri həvəslə məsləhət verəcəklər, amma onların məsləhətləri bir qəpiyə də dəyməz.

Axşam saatlarında özünüzü yormaqdan və stressdən qorunun: istirahət üçün ən yaxşı vaxtdır. Maraqlı və cəlbedici bir məşğuliyyət tapmağa çalışın - bu yolla enerjinizi sürətlə bərpa edəcəksiniz.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi - Bu gün bir çox məsələləri həll etmək həmişəkindən daha asan olacaq. Ancaq bir şərtlə - sakit olmalısınız, əsəblərinizə nəzarət etməlisiniz. Emosional atmosfer mürəkkəb olacaq; əsəbiliklə bağlı problemlərin öhdəsindən gəlməyə çalışın, mənfi duyğulara qapılmayın. Sizi tarazlıqdan çıxaran insanlara qarşı nəzakətsiz ifadələr və ya tənqidlərə çox da yol verməyin ki, münaqişələrə düşməyəsiniz.

Ev işləri üçün pis gün deyil. Onlara yaradıcılıqla yanaşacaqsınız, beləliklə cansıxıcı olmayacaq və yorulmayacaqsınız. Qonaqlarınız gələ bilər: əyləncəli vaxt keçirəcəksiniz, ətrafınızdakı atmosferdən məmnun qalacaqsınız.

Əqrəb - Praktik məsələləri həll edərkən vacib detallara diqqətinizi cəmləməkdə çətin çəkəcəksiniz. Uzaq gələcək haqqında çox düşünürsünüz, nəticədə indi vacib olanları unutmaq riski ilə üzləşirsiniz.

Lazımsız söhbətlər çox vaxt qiymətli vaxtınızı əlinizdən alacaq. Faydalı məlumatları bölüşməyə və suallarınızı cavablandırmağa hazır olan insanlarla daha çox ünsiyyət qurmaq lazımdır.

Axşam yaxşı xəbər ala bilərsiniz. Gələcəklə bağlı qərar verməyin vaxtıdır. Mövcud vəziyyəti və gücünüzü düzgün qiymətləndirin, boşuna xəyallar qurmayın.

Oxatan bürcü Oxatan bürcü

Oxatan - Duyğularınızın öhdəsindən gəlmək asan olmayacaq, amma cəhd etməyə dəyər: onlar sizə zərər verə bilər. Keçici istəklərin arxasınca qaçmayın, hər addımın mümkün nəticələrini qiymətləndirin. Sizə elə görünə bilər ki, başqaları bilərəkdən sizi təhrik edir və tarazlıqdan çıxarırlar. Əslində onlar sizin nə etmək istədiyinizi başa düşmürlər, o üzdən də iradları sizə yersiz görüənəck. Bəzi vacib məsələləri müzakirə etmək istəyirsinizsə, uzun izahatlara hazır olun.

Təkbaşına hərəkət edərək çox şey əldə edə bilərsiniz, ancaq gücünüzü düzgün qiymətləndirin. Başınızdan yuxarı tullanmağa çalışmayın. Özünüzü yormayın, stressdən qorunun, istirahətə vaxt ayırın ki, enerjinizi tam itirməyəsiniz.

Oğlaq - Gün maraqlı görüşlərlə zəngin ola bilər. Fərqli xarakterdə və mövqedə olan insanlarla ünsiyyət qurmalı olacaqsınız və hər biri ilə münasibətlərdə fərqli bir yanaşma axtarmalısınız. İşgüzar danışıqları uğurla başa çatdıra bilərsiniz; belə söhbətlərdə əvvəllər əldə etdiyiniz təcrübə sizin üçün çox faydalı olacaqdır.

Bir çox Oğlaqların maraqlı və ya yaradıcı fikirləri ortaya çıxacaq. Bu gün ağlınıza gələn ideyaları yadda saxlayın, gələcəkdə onların zamanı gəlib çatacaq.

Şəxsi münasibətlər bəzən gərgin ola bilər. Sevdiklərinizə qarşı çox tələbkar və xərdaçı davranırsınız, onların əhəmiyyətsiz səhvləri də sizi özünüzdən çıxarır. Gün boyunca təmkininizi qoruyun ki, sonradan peşman olacağınız nəticələr ortaya çıxmasın.

Dolça bürcü Dolça bürcü

Dolça - Sevdiyiniz insanlar və ailə üzvləri ilə ünsiyyət üçün uğurlu gündür. Birgə fəaliyyət barədə onlarla razılığa gələ bilərsiniz. Hər kəs üçün vacib olan bəzi detalları və müenasibətləri müzakirə edib ortaq nöqtələri tapa bilərsiniz. Şübhə və narahatlıqlarınızı bölüşməkdən çəkinməyin; başa düşüləcəksiniz və dəstək qazanacaqsınız. Yaxınlarınızın məsləhətləri sizin üçün xeyirli olacaq.

Biznesdə kiçik uğurlarınız ola bilər. Bu anlamda narazı qalmayacaqsınız: intuisiyanız sizə vəziyyətin tezliklə daha yaxşı hala gətirilməsi üçün düzgün həll variantlarını deyəcək. Nə iş görürsünüz, görün, xırda detalları diqqətdən qaçırmayın. İndi əhəmiyyətsiz görünən şey sonradan mühüm rol oynaya bilər.

Balıq - Bu gün diqqətinizi cəmləmək o qədər də asan olmayacaq. Yalnız başqalarının söhbətləri və istəkləri ilə deyil, öz xəyallarınızla da işinizdən yayına bilərsiniz. Çox vaxt işləməyi deyil, iş barədə düşünməyi üstün tutursunuz. Bu da işlərinizdə ləngimələrə səbəb olur və səhvlərə yol verirsiniz.

Diqqətli olun - buna görə sonradan özünüzə təşəkkür edəcəksiniz. Yaxşı olar ki, maliyyə məsələlərini həll etməyə tələsməyin və sonraya saxlayin.

Bu gün yaxınlarınızla ünsiyyət xüsusi diqqət və incəlik tələb edəcək. Buna görə səhv yozula bilən sözlərdən və ikibaşlı zarafatlardan çəkinməyə dəyər.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »