Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə COVID-19-dan 144 nəfər ölüb
Türkiyədə COVID-19-dan 144 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 144 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5856 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5811, ağır xəstələr isə 1962 nəfər olub ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 60 faiz təşkil edir.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 424 328 nəfər yeni növ koronavirusa yoluxub, 24 933 nəfər isə bu virusdan ölüb.

Son xəbərlər
Bütün xəbərlər »