Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbüloğlu Şuşada ata evinə gəldi
Polad Bülbüloğlu Şuşada ata evinə gəldi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşada ata evinə gəlib.

Azpost.info İTV-yə istinadən bildirir ki, P.Bülbüloğlu həyəti gəzib, atası, SSRİ xalq artisti Bülbülün əkdiyi ağacı qucaqlayaraq “Şuşada olduğma inana bilmirəm” deyib. Daha sonra o, həyətdən torpaq götürərək öpüb. P.Bülbüloğlu Şuşanın azad edilməsinin ömrünün ən gözəl anı adlandırıb. “Yaşım çoxdur. Bu günü görməyə də bilərdim. Çox şükürlər olsun Allaha…”deyib.

Son xəbərlər
Bütün xəbərlər »