Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kapitoliyə hücumda təqsirləndirilən “vikinq” Tramp tərəfindən aldadıldığını deyir
Jake Angeli

Kapitoliyə basqın zamanı vikinq kostyumu ilə yadda qalan amerikalı Ceykob Çensli ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən aldadıldığını deyib.

Bu barədə “LadBible” onun vəkili Al Uotkinsə istinadən məlumat yayıb.

Vəkilin dediyinə görə, Çensli hərəkətlərindən təəssüfləndiyini deyib və sadəcə ABŞ liderinin mitinq çağırışını yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, iğtişaşlar zamanı buynuzlu xəz papaq geyinməsi və üzünü ABŞ bayrağının rənglərinə boyaması ilə xatırlananan 33 yaşlı gəncə qarşı xuliqanlıq və Kapitoli ərazisinə qeyri-qanuni şəkildə zorla daxil olma ittihamı irəli sürülüb.

Al Uotkins Trampdan vəzifədən getməzdən öncə müvəkkilini əfv siyahısına salmasını istəmişdi.

Yeri gəlmişkən xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də keçmiş prezident Donald Trampın 6 yanvar qətllərinə ortaq ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, məhz Trampın nitqi kütləni Konqres binasına hücuma təhrik edib və nəticədə beş nəfər həlak olub.

“Prezidentin sözləri vacibdir. İnsanlar bura gəlmək üçün onun sözlərindən istifadə etdilər”, - deyə Pelosi bildirib.(oxu.az)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
Son xəbərlər
Bütün xəbərlər »