Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnının azad olunması tələbi ilə Rusiyada aksiyalar keçirilir
Aleksey Navalnı

Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilir.

APA-nın "The Moscow Time"a istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanları icazəsiz etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq edib, artıq bir neçə gün öncədən etibarən Navalnının müttəfiqlərindən bir neçəsi saxlanılıb və ya cərimələnib.

Etiraz aksiyaları Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilir. Artıq polis tərəfindən saxlanılanların olduğu bildirilir.

Xatırladaq ki, yanvarın 17-də Almaniyadan müalicədən geri dönən Aleksey Navalnı Moskvada "Şeremetyevo" hava limanında saxlanılıb. Növbəti gün onun saxlanıldığı polis bölməsində məhkəmə təşkil olunaraq ona 30 günlük həbs verilib. O, fevralın 15-dək həbsdə olacaq, daha sonra isə onun işi ilə bağlı yenidən məhkəmə keçiriləcək.

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
Son xəbərlər
Bütün xəbərlər »