Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp gələcək planlarından danışdı- Açıqlama
Donald Tramp gələcək planlarından danışdı- Açıqlama

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, bir qədər sonra özünə hansısa yeni məşğuliyyət tapmaq niyyətindədir.

Bu barədə “Report” “Washington Examiner” qəzetinə istinadən xəbər verir.

“Biz nə iləsə məşğul olacağıq, amma indi yox”, – Amerika administrasiyasının sabiq başçısı Palm-Biç (Florida ştatı-red) şəhərində özünün qolf-klubunda qəzetin jurnalistinin sonrakı planlar haqqında sualına cavab verib. Bundan sonra Trampın köməkçiləri jurnalistdən getməyi xahiş ediblər.

Qəzet qeyd edib ki, bu respublikaçının prezident postunda səlahiyyətlərinin başa çatmasından sonra jurnalistlərə ilk açıqlamasıdır. Nəşrin məlumatına görə, cümə axşamı və cümə günü Tramp Mar-a-Laqodakı malikanəsi yaxınlığında yerləşən qolf-klubda olub.

“Ona fasilə lazımdır”, – daha əvvəl Tramp haqqında danışan köməkçilərindən biri qeyd edib. “Biz ümid edirik ki, o, sadəcə bir ay ərzində qolf oynayacaq, amma ona daim hərəkətdə olmaq lazımdır”, – köməkçi əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »