Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada etirazlar: Putinin sonunun başlanğıcı gəldi
Rusiyada etirazlar: Putinin sonunun başlanğıcı gəldi

"Rusiya hakimiyyəti Aleksey Navalnının həbs olunmasına qarşı etirazların qarşısını almaq üçün müxtəlif tədbirlər görür. İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, 21 yanvarda FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb".

Bizimyol.info xəbər verir ki,  bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu qonşu dövlətdə baş verənlərə münasibət bildirərkən deyib.

Qubad İbadoğlu Qubad İbadoğlu

O qeyd edib ki, iki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar:

"Moskva prokurorluğu internet nəhəngləri Facebook, TikTok, Twitter, Google və Mail-Groupa , öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib.

Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri - "meşədə gəzmək", "sevdiyiniz filmlərə baxmaq", "ailə üzvləri ilə yemək hazırlamaq"- təklif edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır.

Amma artıq Maqadanda və Xabarovskda etirazçılar küçələrə axışır.

Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar.

Bugün Rusiya çalxalanır. Putinin idarəçiliyindən təngə gələn caamat yalnız Navalnıyi müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada yaşam şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil, sonun başlanğıcıdır".

Son xəbərlər
Bütün xəbərlər »