Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
Nikol Paşinyan

Ermənistanda siyasi böhran davam edir. Baş nazir Nikol Paşinyan bütün təzyiqlərə baxmayaraq, istefa verməkdən boyun qaçırır. Müxalifət etiraz aksiyalarını ard-arda düzür. Ermənistan mətbuatı Paşinyanın ünvanına tənqidlərə böyük yer verməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Qafqaz dövlətinin Vatikandakı keçmiş səfiri Mikael Minasyan az qala hamını tənqid edib. O, ölkədə hamının hamıya tüpürmək istədiyini deyib. Xalqın Paşinyana qarşı birlik göstərməməsi Minasyanı özündən çıxarıb.

Mikael Minasyan Mikael Minasyan

“Çox qəribə dövrdə yaşayırıq. Ölkə xalqın vecinə də deyil. Müxtəlif səbəblər var. Bir qisim insan ona görə laqeyddir ki, mühacirət haqda düşünür. Digər hissənin gözünü nifrət tutub. Üçüncülər isə ağrıdan özünə qapılıb. Səbəblər fərqli olsa da, kollektiv yanaşma eynidir. Ölkə hissələrə bölünür, hər şey uduzulur, düşmən zövq alır, müqavimət isə yoxdur”.

Minasyan deyib ki, ölkə xalqın vecinə deyilsə, xalq da hakimiyyətin vecinə olmayacaq. Keçmiş səfirin fikrincə, dünya da Ermənistana biganədir.

“Dayanıb Artsaxın necə darmadağın olmasına baxdılar. İndi də Ermənistanın necə Rusiya əleyhinə meydana çevrilməsini izləyirlər. Müxalifət ölkədə nəsə etməyə çalışdı. Amma məlum oldu ki, xalq hələ hazır deyil. Yenə keçmiş-indikilər seçimi arasında qalıblar. Satqının ağılsızlığına dözürlər, nə məğlubiyyət diqqətlərini çəkir, nə əsirlər, nə qurbanlar, nə də təhlükə. Müxalifət daha xalq üçün əziyyət çəkməmək qərarına gəlib. Xalq inciyə bilər, amma xalqdan incimək olmazmı? Xalq satqına dözmək, unutmaq qərarına gəlibsə, onda belə pis münasibətə layiq deyilmi?”

Minasyan Ermənistanın uçuruma yuvarlandığını dilə gətirib. Onun fikrincə, ölkənin xilası hamının daha həssas davranmasında gizlənir.

“Xalqın nə vaxt yerindən tərpənəcəyini demək olmur. Müxalifət sınadı, alınmadı. Xalq sabah da sözünü deyə bilər, bir ay sonra da. Qatar həmişə yoldadır. Amma qatarı düzgün yerdə və zamanda saxlamaq lazımdır”.

Xatırladaq ki, Paşinyan da müxalifətin xalq arasında dəstəyinin olmadığını demişdi. Həqiqətən də müxalif qüvvələrin hamısı bir platformada birləşib Paşinyana qarşı çağırışlar etsə də, xalqdan lazımi dəstəyi ala bilmirlər. Onların təşkil etdikləri etiraz aksiyalarına da lazımi qədər adam yığılmır.

Serj Sarkisyan Serj Sarkisyan

Mikael Minasyan İtaliyada təhsil alıb, 2013-2018-ci illərdə Ermənistanın Vatikanda səfiri olub. 2007-ci ildə baş nazirin köməkçisi vəzifəsini tutub. O, həmçinin 3-cü prezident Serj Sarkisyanın kürəkənidir.

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
Son xəbərlər
Bütün xəbərlər »