Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
"Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik

"Kremlin tənqidçisi Alexey Navalnı Vladimir Putinə yeni açıqlamalarla təzyiq göstərir. Amma Putin qeyri-adi tərzdə təmkinlə davranır",- deyə Almaniyanın "Frankfurter Rundschau" qəzeti yazır.

Jurnalist Stefan Sşoll yazır ki, "Navalnınin yeni antikorrupsiya videosu Rusiyada bir hit olaraq yayıldı. Çərşənbə axşamı, yanvarın 19-da, yəni Navalnınin tutulmasından bir gün sonra və bu baxımdan çox əlverişli bir anda "YouTube"-a yüklənən video Rusiyada böyük rezonans doğurub.

Bizimyol.info xəbər verir ki, "Prezident üçün saray" filmində Vladimir Putinin Qara dəniz sahilində, Gəlincik şəhərində özü üçün tikdirdiyi lüks iqamətgahdan söhbət gedir. Sarayın inşasına 1,35 milyard dollar vəsait xərclənib. Navalnı bu iddiaları havadan götürməyib, videogörüntülərdə inşaat planı və iqamətgahın fotoları da yer alıb. Həmçinin çoxlu gizli detallar üzə çıxarılıb.

Dmitriy Peskov Dmitriy Peskov

Kremlin sözçüsü Dmitri Peskov filmi "tam cəfəngiyyat və montaj adlandırıb". O bildirib ki, müəlliflər dekabr ayında da Navalnının avqust ayında zəhərlənməsində hakimiyyətin əlinin olduğunu iddia etmişdilər. Peskovun sözlərinə görə Federal Təhlükəsizlik Xidmətinin o qəsddə əlinin olmasına dair video və audio materiallar da saxta olub. Amma Kreml sözçüsünün bu təkzibləri o qədər də effekt vermir. Çünki Navalnı hər iki audiovizual materiallarda kifayət qədər tutarlı faktlar ortaya qoyub. Bu baxımdan Kremlin təkzib açıqlamaları Rusiyada baş qaldırmış söz-söhbətlərin içində itib-batır.

Dekabrda yayılan videodan sonra Putin aparatı faha ciddi faktların ortaya çıxa biləcəyindən ehtiyatlanaraq çox da səs-küy salmadı və məsələnin mümkün qədər tez unudulmasına ümid bağladı. Kreml düşünürdü ki, Navalnı Almaniyada müalicədən sonra siyasi sığınacaq alıb orada qalacaq. Amma Navalnı geri qayıtdı.

Aleksey Navalnı Aleksey Navalnı

"O zaman da Kreml, ortaya çıxa biləcək yeni təfərrüatlardan qorxaraq açıq-aşkar mübahisələrdən və şikayətlərdən imtina etdi",- deyə qəzet yazır.

"Navalnı qəsd cəhdindən xilas olduqdan sonra, o, Kremlin siyasi təşəbbüsünü əlindən aldı",- deyə Sankt-Peterburqda fəaliyyət göstərən politoloq Dmitri Travin "Frankfurter Rundschau" ilə söhbətində deyib.

Kremlə yaxın bir siyasi analitik olan Aleksey Muxin isə deyir ki, "Navalnı məsələsində Rusiya dövləti qanunlara ciddi əməl etmə taktikasını izləyir".

Bununla belə, indi "YouTube"-da yayılmış həmin qalmaqallı videonu izləyən milyonlarla Rusiya vətəndaşları suallar verməyə başlayıblar: Qara dəniz sahilində Putin üçün tikilmiş sarayın müxtəlif mərtəbələrində üzgüçülük hovuzları, yaşlı nəslin ruhunda olan rokoko üslubunda interyer və bir hokkey meydançası ilə yanaşı, həm də niyə bir kazino var? Axı Rusiyada qumar oyunları və kazinoların fəaliyyəti qadağandır...

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

"Dövlət orqanları özlərini davamlı olaraq yöndəmsiz vəziyyətə salırlar. Bu həm də zahirən baş verir: polis bölməsinin ofisində tarixçilərin minlərlə insanın həyatına son qoymaqda ittiham etdikləri Stalin Xalq Komissarı Genrix Yagodanın portreti asılır. Bundan əvvəl isə tanınmış aparıcı Dmitri Kiselyov Navalnının Almaniyadan qayıtmasını 1917-ci ildə Leninin qayıtması ilə müqayisə etmişdi. Kiselyov Navalnını hədəfə alaraq gözdən salacağını düşünsə də, bu zaman özü də bilmədən təcrübəsiz bir şəkildə Putinə qarşı getmişdi: Axı qayıtdıqdan az sonra Lenin ozamankı hökuməti devirmişdi.

"Sonra məlum oldu ki, Samarada FTX Navalnı olayında kəşfiyyat agentlərinin iştirakını təsdiqləyən uçuş məlumatlarını açıqladığı üçün bir polis məmurunu saxlayıb. Müxalifətçilər bu məlumatı təhlükəsizlik orqanlarının dolayı yolla günahını etiraf etməsi kimi qiymətləndirirlər.

Və videoda Navalnı "Putin Sarayı"nda xüsusən də ayrı-ayrı İtaliya mebel brendləri haqqında danışır, ciddi şəkildə qorunan bir çox korrupsiya detallarını açıqlayır. Beləliklə, Putinin dövlət təhlükəsizliyi xidməti onun özünə qarşı işləməyə başlayıb.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Bununla yanaşı, Sşoll yazır ki, "əhalinin əksəriyyəti Navalnının açıqlamalarına ilk növbədə əyləncə kimi baxırlar. Digərləri isə repressiyalardan qorxurlar. Amma Putin populyarlığını itirməkdədir. Ona görə də siyasi vəziyyət dəyişə bilər, amma küçə etirazları nəticəsində deyil, əksinə, hakimiyyət daxilindəki qarşıdurmalar nəticəsində. Navalnının videosu da Putinin "çar mülkləri" kimi çoxmərtəbəli "buz sarayı"nın gizli olduğunu, amma məlumatların müxalifətə sızdırıldığını göstərdi. Hazırda Putin bütün ittihamlardan gizlənməyə üstünlük verir",- deyə "Frankfurter Rundschau" yazır.

Son xəbərlər
Bütün xəbərlər »