Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video

İkinci Qarabağ müharibəsi qazisi, Şəmkir rayon Talış kənd sakini Mehdiyev Səbuhi Yasin oğlu mənzillə təmin olunması və övladına əlilliyin təyin olunmasını istəyir.

Bizimyol.info-ya danışan qazi Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralandığını və hazırda müalicəsini evdə davam etdirdiyini bildirib.

Mehdiyev Səbuhi Mehdiyev Səbuhi

“Ailəliyəm, şəraiti olmayan mənzildə yaşayıram. Fiziki məhdudiyyəti olan övladım bu vəziyyətdən daha çox narahatdır”,-deyə qazi bildirib.

Onun sözlərinə görə, dəfələrlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib: “İcra başçısının qəbulunda olmaq cəhdlərim baş tutmayıb. İcra hakimiyyətindən gəlib mənimlə maraqlanmırlar. 7 nəfər 2 otaqlı şəraitsiz evdə qalırıq. Mənzil problemi həll etmirlər.

Övladım 2015-ci il təvəllüdlü Əbəlfəs Mehdiyevə əlilliyin təyin olunması üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Araşdırırıq deyirlər. Fakt odur ki övladım hərəkət edə bilmir. Bunun nəyini yoxlayırlar?”.

Son xəbərlər
Bütün xəbərlər »