Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Bankdan 500 manatlıqla bağlı açıqlama
Mərkəzi Bankdan 500 manatlıqla bağlı açıqlama

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və sair əks olunan 500 manatlıq “kağız pul nişanı”nın təsvirləri yayılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama verib.

Qeyd olunur ki, Konstitusiyanın və “Mərkəzi Bank haqqında” Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilir.

"Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq", - deyə bankın açıqlamasında qeyd olunur.

Son xəbərlər
Bütün xəbərlər »