Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Honor” “Huawei”siz ilk smartfonunu təqdim edib
Telefon SMS

Müstəqil smartfon istehsalçısına çevrilən “Honor” rəsmən “Huawei”ə aidiyyatı olmayan “Honor V40 5G” smartfonunu təqdim edib.

“Report” xəbər verir ki, telefon 6,72 düymlük OLED ekrana sahibdir. Ekran matrisi 2676x1236 piksel olan smartfon görüntünü 120 hers tezliklə yeniləyə bilir.

“Honor V40 5G”nin əməliyyat yaddaşı yalnız 8 GB olsa da, daxili yaddaşı 128 və ya 256 GB olaraq seçmək olar. Smartfon 50 meqapiksellik əsas kameraya, 8 meqapiksellik ultra geniş bucaqlı sensora və makro üçün 2 meqapiksellik kameraya malikdir.

4000 mAh tutumlu batareya 66 Vattlıq simli adapteri dəstəkləyir. Telefonu 35 dəqiqəyə 100 % şarj etməyin mümkün olduğu deyilir. Simsiz adapter bazarda ən sürətlilərdən biridir – 50 Vatt və yarım saata 50 % tutum.

“Honor” müstəqilliyini elan etsə də, yeni məhsul “Google” xidmətlərinin dəstəyi olmadan çıxıb. Ola bilsin, V40 üçün proqram yeniləmələrindən birində bu xidmətlər də əlavə olunacaqlar. Zavod formatında cihaz “Magic UI 4.0” buludu ilə “Android 10” əməliyyat sistemində işləyir.

Smartfon heç də ucuz deyil. Əsas versiya Çində 3 599 yuana (mövcud məzənnə ilə 555,66 ABŞ dolları) təklif olunur. “Honor V40 5G” beynəlxalq bazara daha sonra çıxacaq.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »