Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yeni ştammını aşkar edən cihaz malicə üçün də faydalı olacaq
Koronavirusun yeni ştammını aşkar edən cihaz malicə üçün də faydalı olacaq

Kanadadakı Kuins Universiteti və Britaniya Kolumbiyası Universitetinin alimləri müxtəlif koronavirusun müxtəlif ştammlarının yoluxuculuq qabiliyyətini qiymətləndirmək üçün cihaz hazırlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqat “bioRxiv” portalında dərc olunub.

Biosensor virusun hüceyrəyə daxil olmasına gətirib çıxaran koronavirus “tikanları”nın və ACE2 fermentinin qarşılıqlı əlaqəsini qiymətləndirir.

Mütəxəssislər “tikan” və fermentin hər birinə bir lüsiferaz zülal hissəciyi “yapışdırıb”. Onlar əlaqəyə keçdikdə zülal işıqlanmağa başlayır. İşıqlanmanın intensivliyinə görə tədqiqatçılar ACE2-yə nə qədər çox “tikan”ın keçdiyini müəyyən edə biliblər. Bütün prosedur 30 dəqiqədən çox çəkmir.

Alimlər cihazın COVID-19 dərmanlarının hazırlanmasında da istifadə edilə biləcəyini qeyd ediblər. Belə ki, dərman təsirli olarsa, xarakterik işıqlanma müşahidə olunmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »