Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST “Pfizer”/“BioNTech” peyvəndinin yaşlı xəstələrdə ölümə səbəb olması haqda iddialara münasibət bildirib
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitəsi “Pfizer”/“BioNTech” peyvəndinin (BNT162b2) yaşlı xəstələrdə ölümə səbəb olması ilə bağlı iddialara münasibət bildirib.

APA-nın ÜST-ün saytına istinadən verdiyi xəbərə görə, Peyvənd Təhlükəsizliyi üzrə Alt Komitə yanvarın 19-da bu məsələ ilə bağlı virtual formatda müzakirələr keçirib.

Avropa Dərman Agentliyindən (EMA) və Uppsala Monitorinq Mərkəzindən onlayn görüşə dəvət olunmuş mütəxəssislər, BNT162b2 ilə peyvənd edildikdən sonra Avropada və ÜST-ün qlobal məlumat bazasında qeydə alınan ölümlərin icmalını müzakirə ediblər.

Qeyd olunub ki, yaşlı insanların ölüm hallarında gözlənilməz və ya qeyri-müəyyən bir artım və ya BNT162b2 tətbiqindən sonra mənfi hallar qeydə alınmayıb: “Mövcud məlumatlar ölümlə nəticələnən hadisələrdə peyvəndin hər hansı təsirini təsdiqləmir. Bu baxımdan, komitə, BNT162b2-nin fayda-risk balansının yaşlılarda əlverişli olduğunu düşünür və hazırda bu peyvəndin təhlükəsizliyi ilə bağlı tövsiyələrə yenidən baxılmasını təklif etmir.

Ölkələr peyvəndlərin təhlükəsizliyini izləməyə davam etməlidir. Komitə şübhəli hallara dair məlumatların - milli, regional və qlobal şəkildə toplanaraq nəzərdən keçirilməsini tövsiyə edir”.

Qeyd edək ki, yanvarın 14-də Norveç Dərman Agentliyi ölkədə COVID-19 peyvəndi vurulduqdan sonra ən azı 23 nəfərin ölümü barədə məlumat yayıb. Ölənlərin yaşlı şəxslər olduğu bildirilib.

Paylaş »
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Martın 7-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »