Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml ABŞ-ın Strateji Hücum Silahları haqda müqavilənin uzadılması ilə bağlı siyasi iradəsini alqışlayır
Kreml ABŞ-ın Strateji Hücum Silahları haqda müqavilənin uzadılması ilə bağlı siyasi iradəsini alqışlayır

“Kreml ABŞ-ın “Strateji Hücum Silahları” (SNV-3) haqqında müqavilənin uzadılması ilə bağlı siyasi iradəsini alqışlayır. Lakin hesab edirik ki, hər şey təklifin detallarından asılıdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, Rusiya SNV-3-ün saxlanmasının və bu müqavilənin uzadılmasının tərəfdarıdır ki, müvafiq danışıqların, təmasların keçirilməsi üçün vaxt qazanılsın. Bu, birincisi. İkincisi isə, sözsüz ki, biz bu sənədin müddətinin uzadılması ilə bağlı siyasi iradənin özünü ancaq alqışlaya bilərik. Lakin hər şey bu təklifin detallarından asılıdır. Hansı ki, bunu şərh etməyə heç cür hazır deyillər. Onlar hələ araşdırılmalıdır”, - deyə D. Peskov qeyd edib.

Qeyd edək ki, Ağ Ev Rusiyaya bu il fevralın 5-də müddəti bitəcək “SNV-3” müqaviləsinin 5 il müddətinə uzadılmasını təklif edəcəklərini açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »