Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda fevralın 1-dən bir sıra məhdudiyyətlər götürüləcək
Gürcüstan

Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlərin fevralın 1-dən etibarən götürülməsinə başlanılacaq.

Bu barədə Gürcüstanın Baş nazirinin müavini Maya Tskitişvili keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, 1 fevraldan etibarən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın, məktəblərin, alış-veriş mərkəzlərinin və digər ticarət obyektlərinin fəaliyyəti bərpa ediləcək.

Tbilisi, Kutaisi və Rustavi şəhərlərində isə yalnız ticarət obyektlərinin fəaliyyətini bərpa etməsinə icazə veriləcək. Həmin şəhərlərdə ictimai nəqliyyatın və məktəblərin fəaliyyətinin martın 1-də bərpa edilməsi planlaşdırılıb.

Fevralın 1-dən Acarıstan Muxtar Respublikasında açıq havada fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətlərini bərpa etməsinə də icazə verilib.

M. Tskitişvili qeyd edib ki, ölkə ərazisində hər gün saat 21:00-dan 05:00-dək tətbiq edilən sərbəst hərəkət məhdudiyyətinin martın 1-də götürülməsi planlaşdırılıb.

Xizək kurort zonalarına tətbiq edilən məhdudiyyət də qüvvədə saxlanılıb.(apa)

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »