Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil haqqı ilə bağlı nazirdən açıqlama
Emin Əmrullayev

“Bu gün ölkədəki 93100 nəfər tələbənin hər 100-dən 56-sı dövlət hesabına təhsil alır. Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur".

Bizimyol.info xəbər verir ki, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklifinə münasibət bildirərkən

deyib.

Nazir qeyd edib ki, təhsil haqqı problemi olan tələbələr də var: “Ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır. Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla 2500 manatdır. Bəzi regional təhsil müəssisələrində bu məbləğ daha aşağıdır”.

Nazir 60 yaşdan yuxarı olan müəllimlərin koronavirusa qarşı peyvəndin olunması üçün təklifin verildiyini bildirilib.

Bakı, Sumqayıt və Abşeronda 16 mindən çox, bölgələrdə isə 32 mindən çox müəllimin 60 yaşından yuxarı olduğu qeyd olunub.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »