Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan və Türkmənistan arasındakı anlaşma regionun taleyini dəyişəcək”
Qurbanqulu Berdiməhəmmədov, İlham Əliyev

21 yanvar tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı.

Tural İsmayılov Tural İsmayılov

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanla Türkmənistan arasında imzalanan saziş 2021-ci ilin ən uğurlu siyasət başlanğıclarından hesab oluna bilər.

“Hələ 2018-ci ilin 12 avqust tarixində Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasında Azərbaycan mühüm fəallıq nümayiş etdirmişdi, çünki ölkəmiz bütün hər zaman regionda sabitliyin bərqərar olunmasında maraqlı olub. Azərbaycan Xəzər dənizi hövzəsindəki ölkələrdə həm ictimai-təhlükəsizlik normalarının, həm də sahilyanı ölkələrin, qonşu dövlətlərin siyasi, iqtisadi, ticari, mədəni və bütün sahələr üzrə əlaqələrini daim təşviq edib. Ona görə də, dünən Aşqabadda imzalanan məlum bəyanat təkcə Azərbaycan və Türkmənistan üçün siyasi və iqtisadi dividentlər gətirmir. Eyni zamanda bütün region ölkələri üçün böyük qazanclara səbəb olacaq. Azərbaycan və Türkmənistan arasındakı anlaşma regionun taleyini dəyişəcək,”-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »