Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik”
Nazir: "Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik”

“2020-ci il təhsil baxımından dünya ölkələri, o cümlədən Azərbaycan üçün də kifayət qədər mürəkkəb il oldu. Erməni təcazvüzü nəticəsində 1000-dən artıq məktəbdə tədrisi davam etdirə bilmədik”.

Bizimyol.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, məktəbəhazırlıq qruplarında və icma əsaslı təhsil qruplarında da təhsil bərpa olunacaq.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.

Son xəbərlər
Bütün xəbərlər »