Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir əyani tədrisin həftədə 3 dəfə bərpa olunacağına aydınlıq gətirib
Nazir əyani tədrisin həftədə 3 dəfə bərpa olunacağına aydınlıq gətirib

“Əyani tədrisin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir”.

Bizimyol.info xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ÜST-ün tələbi sosial məsafənin 1,5 metr olmasıdır: “Siniflərin, məktəblərin, müəllimlərin sayı baxımından siniflər bölünürsə, həftədə 5 dəfə mümkün olmur. Məktəblərin çoxu 2 növbəlidir. Əsas məsələ sıxlığı idarə etməkdir. Bütün məktəblərdə sıxlıq əmsalları eyni deyil. 85600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20 nəfərə yaxın, 20 minində 20-25 nəfər arasındadır. Təxminən 80 faiz şagirdimiz 25 və daha az şagirdlə sinifdə oturur. 311 sinifdə, yəni siniflərin 0,9 faizində sinifdə 40-dan çox şagird olur”.

Son xəbərlər
Bütün xəbərlər »