Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: "Belə bir qərar varsa, Samir Şərifovu Ömər aşırımına göndərmək lazımdır"
Samir Şərifov

Sosial şəbəkələrdə cəbhə xəttində xidmət edən hərbçilərin əməkhaqlarının bir dəfə azadilması ilə bağlı xəbərlər dolaşır. İndiyə qədər isə ön xəttə xidmət edən hərbi qulluqçuların əməkhaqları arxa cəbhədə qulluq edənlərlə müqayisədə iki qat hesablanıb.

Məlumatlarda qeyd edilir ki, maaşların azadılması rəsmi qərar olmadan həyata keçiriləcək. Halbuki bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Həmin qərarın icrası isə Maliyyə Nazirliyinə həvalə edilməlidir. Lakin belə bir qərar və rəsmi açıqlama yoxdur.

Bəs bu xəbərlər niyə gündəmə buraxılıb və ya niyə rəsmi mövqe niyə bildirilmir?

Hərbi ekspert Ədalət Verdiyev miq.az-a bildirib ki, real vəziyyətdə belə bir addımın atılması inandırıcı görünmür.

O hesab edir ki, hətta indiki şəraitdə bunu rəsmiləşdirmək, hər hansı bir qərar qəbul etmək o qədər də asan deyil: "Ön xətdə xidmət edən hərbçilərin maaşının bir qat edilməsi ilə bağlı qərar üçün münbit şərait yetişməyib. Real vəziyyət bunu deməyə əsas verir. Bu qərarın gündəmə gətirilməsi düşünürəm ki, planlıdır, qəbulu isə mümkünsüzdür. Hələ də antiterror və ya məhdud döyüş əməliyyatlarının başlanacağı istisna deyil".

"Eyni zamanda, bu qərarın qəbul olunması normal kazarma şəraitində mümkündür. 8 saatlıq xidmət rejimi, kazarmaların müasirliyi, bütün normallaşdırılmış xidmət rejimindən sonra baxıla bilər bu məsələyə. İndiki şəraritdə mümkün deyil və yenə qeyd edirəm ki, məhdud əməliyyatlar təhdidi aradan qalxmayıb. Mən bu mövzunun kimlərinsə bilərəkdən dövriyyəyə buraxdığını güman edirəm", - Ədalət Verdiyev belə deyib.

Tərlan Eyvazov Tərlan Eyvazov

Hərbi ekspert Tərlan Eyvazov isə deyir ki, əgər belə bir addım atılıbsa, demək, tələsik verilmiş qərardır: "Hansısa rəsmi qərarla tanış deyiləm, bunu görməmişəm, sadəcə, eşitmişəm ki, belə bir addım atılıb. Bəri başdan qeyd edim ki, bu məsələ Müdafiə Nazirliyinə qədər digər qurumlarda bəzi proseslərdən keçməlidir. Bu kimi qərarlar Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin hansısa qərarı əsasında qəbul olunmaldır. Əgər belə qanun qəbul olunubsa və yaxud da hətta bu yaxınlarda belə bir addım atılacaqsa, demək, çox tələsiblər".

Ekspert bildirib ki, bu addımın atılması bir neçə səbəbdən qaynaqlana bilər: "Yəqin, böyük sülh sazişi gözlənilir. Fikirləşirlər ki, atəşkəs pozulmur, Azərbaycan-Ermənistan sərhəddi boyunca xoşagəlməz hadisələri hər iki dövlətin sərhədçiləri birgə həll etmək fikrindədirlər. 62 nəfər terrorçuların hərbçilərimizə qarşı hücumundan sonra elə də ciddi bir insident baş verməyib, düşmən basqını hadisəsiylə qarşılaşmamışıq. Belə deyək ki, artıq müharibə təhlükəsi də yoxdur. Amma bu o demək deyil ki, işğaldan azad edilmiş rayonlarımızda problem yoxdur. Fikrimcə, maliyyə naziri Samir Şərifovun özünü Ömər aşırımına göndərmək lazımdır. Əgər 3500 metr dəniz səviyyəsindən hündürlükdə bir həftə qalsa, ordakı əsgər və zabitlərin şəraitinə baxsa, məncə, verdiyi qərarı dərhal ləğv edər. Təbii ki, əgər belə bir qərarı varsa".

Eyvazovun sözlərinə görə, bu gün Qarabağda Ordunun şəraiti ürəkaçan deyil: "Kazarmalar yox səviyyəsindədir. Bunu qurmağa vaxt və zaman lazımdır. Bir sözlə, bu qərarı qəbul etmək indi düz deyil, ən azından yaza qədər gözləmək lazımdır. Əgər dövlətin xərclərini azaltmaq üçün bu düşünülübsə belə, yenə də düz addım deyil, ordudan yox, başqa sahələrdə ixtisar və ya maliyyə qənaəti etmək olar. Mən belə düşünürəm".

Miq.Az saytının baş redaktoru, ehtiyatda olan zabit Aqil Alışov da qeyd edir ki, bu addım Prezident, Xalq, Ordu birliyi nəticəsində qazanılmış qələbə ruhuna köklənməyib: "Doğrusu, bu barədə rəsmi açqılama yoxdur, yalnız qeyri-rsəmi məlumatlar yayılır. Düşünürəm ki, bu gün üçün düzgün qərar deyil. Tutaq ki, N saylı postda (dəniz səviyyəsindən 3000 metr hündürlükdə) xidmət edən zabit 1200 maaş alırdısa, bu qərardan sonra həmin maaş 600 manat olacaq. Bakıda xidmət edən də 600 manat alacaq, N saylı hərbi hissədə günəşin altı aydan bir göründüyü postda xidmət edən zabit də. Halbuki bu ərazilər hələ də təhlükəli, ağır relyefi olan bölgələrdir. Müharibədən təzə çıxmış ordu qışın oğlan çağında, qarda- covğunda min cür əziyyətlə xidmət edənlərə, xəstəliklə əlləşən əsgər və zabitlərimizə qarşı bu qərarı haqsız hesab edirəm".

"Əvvəla, hamıya aydındır ki, minalı sahələr hələ də qalmaqdadır və orda olan bəzi erməni quldurları tam təmizlənməyib. Onlar Rusiya sülhməramlılarının nəzarəti altındadır, tam zərərsizləşdirilməyib, içlərində Azərbaycana qarşı kin-küdrət vulkan kimi püskürür", - Alışov belə deyir.

O düşünür ki, belə bir addım qələbəyə kölgə sala bilər: "44 günlük Vətən müharibəsi, ölkə prezidenti kimi Ali Baş Komandan İlham Əliyevin dünyaya demarşı idi! Prezident, Xalq, Ordu birliyi nəticəsində tarixi qələbəyə imza atdıq. Qələbə qazanmaq bütün problemlərimizin həlli demək deyil. Bizdən asılı olmayan səbəblərə görə orda xidmət edən hərbi qulluqçularımızın xidmət şəraiti hələ də ürəkaçan deyil. Axı Laçında, Qubadlıda, Cəbrayılda, Füzulidə adi kazarma şəariti olmayan yerlərdə hansı hərbi qulluqçu bu maaşla xidmət edəcək? Bəziləri ailələrini 300-400 manat ev kirayələyib Bakıda və digər rayonlarda yerləşdiriblər. Və yaxud da Laçında saat 6-da xidməti başa vuran zabit neçə saata ailə-uşağı kirayədə qalığı evə gəlib və sabah tezdən saat 8-də də xidmət başında olacaq? Riyazi baxımdan mümkündürmü? Əlbəttə, yox. Bu, hesablanmamış addımdır. Bu gün o qərarı verənlər Şuşada, Qubadlıda, Laçında xidmət aparan hərbi qulluqşularımızın şəraitini qurmalı, sonra bu addımları atmalıdırlar".

Alışov bu xəbərə hələ ki inanmadığını deyir: "Düzdür, mən buna dövriyyəyə buraxılmış şaiyə kimi baxıram, qərar qəbul olunsa belə, düzgün deyil. Bir sözlə, qınanılası qərardır".

Jurnalist hesab edir ki, tez bir zamanda Maliyyə Nazirliyi bu məsələyə rəsmi münasibət bildirəcək və yayılmış məlumatlar təsdiqini tapmayacaq.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »