Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb
İrəvanda qar yağıb, yollar buz bağlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının hazırkı vəziyyəti haqqında məlumat paylaşıb.

Bizimyol.info xəbər verir ki, məlumatda qeyd olunub:

- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Giləzi-Xızı Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı-Qobustan Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Qobustan-Şamaxı-Muğanlı Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı-Ağsu-Yevlax Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

- Bakı-Ələt-Hacıqabul Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul-Ucar–Yevlax Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b

- Yevlax-Gəncə-Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı-İsmayıllı Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- İsmayıllı-Qəbələ-Oğuz-Şəki Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Yevlax-Şəki (Göybulaq) Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Gəncə-Daşkəsən-Xoşbulaq Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

- Şəmkir- Gədəbəy Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

- Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Masallı-Yardımlı Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Lənkəran-Lerik Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul-Bəhramtəpə-Horadiz Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
Son xəbərlər
Bütün xəbərlər »