Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”

Yunanıstanın Türkiyə ilə problemləri 40 ildən çoxdur bitmir.

Kipr böhranından sonra qonşu ölkələr arasında münasibətlər açıq qarşıdurmaya hazırlaşacaq qədər gərginləşib. Türkiyənin güclənməsi qüvvələr nisbətini bir az dəyişib. İndi Yunanıstan daha ehtiyatlı danışmalı olur.

Bizimyol.info xəbər verir ki, Avropa dövlətinin qətiyyətini itirməsi parlament üzvü Kiriakos Velopulosun xoşuna gəlmir. Yunan deputat ölkəsinin acizliyinə görə çox üzüldüyünü bildirib.

Kiriakos Velopulos Kiriakos Velopulos

“Döyüşmədən Egey dənizinin yarısını türklərə uduzacağıq. Görüşlərdə türklər nə istəyirsə, bizimkilər verir”.

Velopulos Aralıq dənizinin şərqində Türkiyənin kəşfiyyat işləri apardığı zaman yunan hökumətini ictimaiyyəti doğru xəbərlərdən məhrum etməkdə qınayıb. Onun sözlərinə görə, nazirlər yalan danışmaqdan çəkinməyib.

“Türklərlə müzakirə nöqtəsinə gəlirik və gülməli vəziyyət yaranır. Tərəflər masa ətrafına yığışır. Türkiyə iddialarını kağıza yazır, Yunanıstan da qəbul edir. Bizimkilər özünü pis şagird kimi aparır”.

Velopulos Türkiyənin çox inamlı təsir bağışladığını deyib. Yunan deputat indiki iqtidarla mübarizədən qalib çıxmağın mümkünsüzlüyünü dilə gətirib. Velopulos çıxış yolu kimi Fransa ilə müttəfiqliyi göstərir. Deputat əks halda ölkəsinin gələcəyinin yaxşı olmayacağını düşünür.

Kiriakos Velopulos təkcə Yunanıstan yox, həm də Avropa parlamentinin üzvüdür. Deputat Almaniyada doğulub, amma Salonikidə böyüyüb. Siyasi fəaliyyətinə qədər jurnalist olub. Yaddaşlarda həm də İsa peyğəmbər haqda kitab yazmaqla qalıb.

Bir neçə gün əvvəl başqa bir yunan deputat Giorqos Filis Yunanıstanla Türkiyə arasındakı gərginlikdən danışmışdı. Yunanıstan parlamentinin üzvü açıq qarşıdurma ehtimalından söz açmışdı. Filis ilk zərbənin Türkiyədən gələcəyini, döyüşlərin 2-3 gün sürəcəyini söyləmişdi. O, Yunanıstanın vəziyyətinin heç də yaxşı olmadığını bildirmişdi.

Giorqos Filis Giorqos Filis

Yunanıstanla Türkiyə arasındakı gərginlik 46 ildir davam edir. Kipr adasındakı ərazi iddiaları tərəfləri qarşı-qarşı qoymuşdu. Bundan sonra ada cənub və şimal hissələrə bölünmüşdü. Bu illər ərzində kiçik açıq qarşıdurmalar hər dəfə Türkiyənin üstünlüyü ilə başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »