Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada dağ mədəni çöküb: Ölənlər var
mədən - fəhlə

Rusiyanın Kemerovo vilayətinin Leninsk-Kuznetsk bölgəsindəki Tixov mədənində baş vermiş çökmə nəticəsində üç nəfər həyatını itirib.

Bu barədə “RİA Novosti” ölkənin İstintaq Komitəsinin regional baş ofisinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qəza zamanı mədəndə 44 işçi olub. Onlardan 41-i ciddi xəsarət almadan mədəndən çıxarılıb. Lakin üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xilasedicilər hər üç mədənçinin cəsədini aşkar ediblər. Qəzadan salamat çıxanlar isə artıq həkimlər tərəfindən müayinədən keçirilib.

Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndi (Təhlükəli istehsal müəssisələrində sənaye təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb, yoxlamalar aparılır. Hadisə yerində istintaq qrupu işləyir.

Fövqəladə hadisənin baş verdiyi mədəndə bütün işləri dayandırılıb. Kemerovo bölgəsinin Kömür Sənayesi Nazirliyi ölən mədənçilərin ailələrinə maddi yardım göstərməyi vəd edib.(virtualaz.org)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »