Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ üçün Milli Beyin Mərkəzi yaradılır, ən maraqlı tərəfi odur ki...
Qarabağ üçün Milli Beyin Mərkəzi yaradılır, ən maraqlı tərəfi odur ki...

Əmlak eksperti, Milli tribuna portalının redaktoru Elnur Fərzəliyevin şəxsi təşəbbüsü ilə ölkəmizdə yeni Milli Beyin Mərkəzi ( MBM) yaradılır. Mərkəzin yaradılmasında məqsəd ölkəmizin iqtisadiyyat, tikinti sektoru, turizm sektoru və digər bu kimi sahələrdə inkişafına təkan vermək və o sahələrin daha sürətli və modern şəkildə inkişaf etdirməkdir.

MBM- nin müxtəlif sahələrdən müstəqil peşəkar ekspert olan 9 nəfər üzvü olacaq. Mərkəzin rəhbəri Elnur Fərzəliyev Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, o bu addımı ilə ölkənin Qarabağda başlatmış olduğu quruculuq işlərinə böyük fayda vermək niyyətindədir. Mərkəz dövlət xətti ilə yaradılmayıb, hər hansı İctimai Birlik statusu yoxdur. Ən maraqlısı da budur ki, ölkəmizin, xüsusən Qarabağın iqtisadi inkişafı üçün böyük və səmrəli təkliflər paketi hazırlayacaq, layihələr təqdim edəcək bu adamlar heç bir maddiyat güdmürlər və könüllü əsaslarla çalışacaqlar. Onlar hətta mərkəzi yaratmaq və ilk günlərdə onu ayaqda saxlamaq üçün özləri müəyyən xərclər çəkməli olublar.

Qeyd edək ki, Elnur Fərzəliyevin II Qarabağ müharibəsi günlərində arxa cəbhədə çox böyük əməyi, danılmaz zəhməti oldu. Elnur Fərzəliyev müharibə başalayan gündən etibarən ehtiyacı olan əsgər və qazi ailələri ilə görüşməyə başladı, onlara maddi dəstək göstərmək üçün əlindən gələni etdi. Xaricdə və ölkə daxilində fəaliyyət göstərən müxtəlif xeyriyyəçilər arasında koordinasiyanı təşkil edən Elnur Fərzəliyev sözün həqiqi mənasında ehtiyac sahibləri olan insanları bir-bir tapdı, qapı- qapı gəzərək onlara yardım etdi ki, döyüşən əsgərin gözü arxada qalmasın. Mən şəxsən özüm bunun şahidi olmuşam.  Eyni zamanda Elnur bəyin ekspert kimi yüzlərlə maraqlı təklifləri olub ki, bu təkliflər media tərəfindən işıqlandırılıb və istifadə olunub.

Bu gün də eyni fədakarlıqla çalışan Elnur Fərzəliyev deyir ki, əsgərlərimiz Qarabağ uğrunda döyüşərək, canları ilə vətənə xidmət etdilər, biz də beynimizlə, əlimizdən gələn hər işlə onların bizə əmanət etdiyi torpaqları qorumaq və abadaşladırmaq vəzifəsinə mükəlləfik.

“Çalışacağıq ki, dünya praktikasını Azərbaycan şəraitinə uyğunlaşdıraq, Azərbaycanda reallaşması mümkün olan, əlçatan təkliflər və layihələr ortaya qoyaq Məni narahat etmir ki, kimsə bu təklifləri, ideyaları bizdən “oğurlayacaq”. Qoy olsun. Bunun özündə də fayda var. Bu günə qədər bir çox ideyalarımı, təkliflərimi başqaları götürüb. Səsləndirib, reallaşdırıblar. Mən müəllif hüququ dərdində deyiləm . Əsas odur ki, bu fikirlər, ideyalar vətənə xidmət eləsin, insanlar fayda görsün. MBM-nin ölkəmizə verə biləcəyi faydalarla baglı arzu və planlar cox genişdi. Hec bir yerdən hec bir maliyyə dəstəyi olmadıgına görə mərkəz sırf heyət üzvlərinin şəxsi vəsaiti hesabına formalaşacaq. Bu ideya “Dəmir yumruq” ideyasının iqtisadiyyata yönəlmiş davamıdır.

Allah ölkəmiz və millətimiz ücün xeyirli və ugurlu etsin. İnşallah yaxın zamanlarda yeni fikirlər və yeni təkliflərlə qarşınızda olacagıq”,- deyə o bildirib

Biz də könüllü olaraq bu işə qoşulan mütəxəssislərə uğurlar arzulayır, yolunda minlərlə insanın qanı tökülmüş o mübarək torpaqlarda başladılacaq quruculuq işlərinə hər kəsi töhfə verməyə dəvət edirik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »