Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitələrlə saxlanılıb
Gürcüstanda Azərbaycan vətəndaşı narkotik vasitələrlə saxlanılıb

Gürcüstanda “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin nəzarət zonasında Azərbaycan vətəndaşı saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan 1991-ci il təvəllüdlü S.A. adlı şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və qaçaqmalçılıq yolu ilə Gürcüstana idxalında ittiham olunur.

Azərbaycan vətəndaşının üzərinə keçirilən baxış zamanı iki bağlamada 119,21 qram olan metadon preparatı maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxsi 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »