Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda və Gəncədə fərdi yaşayış evi yanıb
Bakıda və Gəncədə fərdi yaşayış evi yanıb

Paytaxtda fərdi yaşayış evi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 79 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 47 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 32 m² olan birmərtəbəli evin pəncərə çərçivəsi 3 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Başqa bir yanğın hadisəsi isə Gəncə şəhərində baş verib.

Şəhərin Nizami rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »