Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı
Angela Merkel

Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub.

TASS xəbər verir ki, bunu ölkə Kansleri Angela Merkel bəyan edib.

O bildirib ki, hazırda başlıca təhlükə virusun müxtəlif mutasiyalarıdır.

“Hazırda Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. Lakin gərginlik getdikcə azalır. Yeni yoluxanların və intensiv terapiya şöbələrində olanların sayında da azalma var”, - deyə Kansler bildirib.

O xatırladıb ki, son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan dünyasını dəyişib. Bu səbəbdən də pandemiyanı əsrin fəlakəti hesab etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada ikinci sərt karantin rejimi qüvvədədir. Ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »