Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
“Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”

Azərbaycanın qələbəsi təkcə bizim üçün əhəmiyyətli olmadı. Son aylar dünya mətbuatı Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsi haqda çoxlu yazılar hazırlayıb.

Burada qısa müddətdə ortaya yeni reallığın qoyulması ifadə olunur. İnsafən, Türkiyə PUA-larının vacib rolu da diqqətdən qaçmır.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank son beş ildəki yatırımlar sayəsində ölkənin müdafiə sənayesinin çox inkişaf etdiyini deyib. “İnanıram ki, Avropa səmalarında da Türkiyə İHA-larını (İnsansız Hava Araçı - red.) görəcəyik”,- nazir bu ifadələri dilə gətirərkən xeyli əmin təsir bağışlayıb.

Mustafa Varank Mustafa Varank

Varank 2019-cu ildə müdafiə və hava sənayesinə 12 milyard dollar xərcləndiyini bildirib. Qardaş ölkənin ixracatı 3 milyard dollara çatıb. Halbuki 2005-ci ildə bu rəqəm 340 milyon dolları keçmirdi.

Nazirin çıxışında Azərbaycandan da az bəhs olunmayıb. O, bir neçə dəfə Qarabağ əməliyyatları haqda ifadələrə yer verib: “Bizim ölkə kimi köklü və qədim dövlətin güclü olması seçim yox, zərurətdir. Məsuliyyətimiz Türkiyənin güvənliyindən çox yüksəkdə dayanır. Bunun ən son nümunəsini Qarabağda gördük”.

Varank Azərbaycanla yanaşı, Ukraynaya, Qətərə, Tunisə xeyli dron satıldığını söyləyib. O, “Bayraktar” və “Anka”ların hələ çox uğurların altına imzasını qoyacağını bildirib.

Nazir britaniyalı həmkarı Ben Uollesin fikirlərini də xatırladıb. Böyük Britanıyanın Müdafiə naziri Türkiyənin pilotsuz uçuş aparatlarının beynəlxalq arenada oyun qaydalarını dəyişdiyini bildirmişdi. Şübhəsiz ki, Uolles Qarabağdakı nəticələri də nəzərə almışdı. Britaniyalı nazir bir yerdə bu məsələyə eyham da vurmuşdu.

Ben Uolles Ben Uolles

Ümumiyyətlə, Avropanın bir çox ölkələri, xüsusilə Böyük Britaniya Türkiyənin pilotsuz uçuş aparatlarının istehsalı sahəsindəki təcrübəsini öyrənməyə can atır. Hələlik bir sıra böyük dövlətlər müştəri kimi səhnədə görünür. Amma britaniyalılar başda olmaqla dron istehsalının vacibliyini əksəriyyət yaxşı başa düşür.

Bu arada Azərbaycanın qələbəsi Almaniyada da yeni baxışların yaranmasına səbəb olub. Bu ölkənin də müdafiə ekspertləri belə qərara gəliblər ki, onların səması Türkiyə PUA-ları qarşısında müdafiəsizdir. Almaniya özünə qarşı Türkiyədən hər hansı təhlükə gösməsə də, müdafiə sənayesinin yeni tələblərə uyğunlaşdırılmasını vacib sayır.

Son xəbərlər
Bütün xəbərlər »