Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal şahmatda uğurlu gediş
Qurbanqulu Berdiməhəmmədov, İlham Əliyev

Azərbaycan və Türkmənisran xarici işlər nazirləri bu gün tarixi sənədə imza atıblar. Ceyhun Bayramov bu məqsədlə Aşqabada getmişdi.

İmzalanan sənəd - Xəzər dənizi hövzəsində yerləşən "Dostluq" yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında memorandumdur. Artıq iki onillikdir ki, 100 milyon tona yaxın karbohidrogen ehtiyatı olan yataq iki ölkə arasında "Cənnət alması" idi. Türkmənistan "Sərdar" adlandırdığı bu yatağı özününkü sayırdı.

Azərbaycan da "Kəpəz" adı qoyduğu yatağın sahibi kimi çıxış edirdi. Sonunda hər iki dövlət razılığa gələrək mübahisəyə son qoydu və yatağı "Dostluq" adlandırdılar. Yatağın proqnozlaşdırılan ehtiyatlarının yarısı mənimsənilsə, bundan 35-40 milyard dollar qazanc əldə olunacağı gözlənilir. Ancaq memorandumun əhəmiyyəti təkcə bununla da bitmir; bu sənəd daha əvvəl əldə olunmuş bir sıra başqa razılaşmaların məntiqi davamıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizi layihsinin əsası qoyuldu, bundan 5 il sonra Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu Konvensiya layihəsi ətrafında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli danışıqlar gedirdi. Bu danışıqların nəticəyə bağlanmasına əsas məneələrdən biri Rusiya və İranın Transxəzər neft-qaz kəmərlərinin çəkilməsinə razı olmaması idi (Hər iki iri qaz ixracatçısı -İran və Rusiya Türkmənistan qazının birbaşa Avropa bazarına çıxmasına və CQD-in rentabelli projeyə çevrilməsinə imkan verməmək üçün Konvensiyanın qəbul edilməsini bloklayırdılar). 2019-cu ildə bu Konvensiya, axır ki, imzalandı; Azərbaycan ona nail ola bildi ki, Xəzərin dibi ilə kommunikasiya xətlərinin çəkilməsinə dair müddəa sənəddə yer aldı (Rusiya və İran ekoloji tarazlığın pozulmaması şərtini qoysalar da). Sonrakı mühüm addım TANAP-ın işləməyə başlaması oldu.

Cənub Qaz Dəhlizi layihəsi xəyaldan gerçəkliyə çevrildi. Ən sonda isə ötən ilin sonunda TransAdriatik kəməri (TAP) vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunmağa başladı. Bu gün Azərbaycan və Türkmənistan Xəzərdə mübahisəni də həll edərək dostluğa bağladılar və bununla Mərkəzi Asiya ilə Cənubi Qafqazı - Çinlə Avropanı birləşdirən qlobal kommunikasiya layihəsinin reallaşmasına daha bir təkan verdilər. Bu, Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistan üzərində tarixi qələbəsindən sonra Mehri dəhlizinin əldə olunmasının məntiqi nəticəsi oldu. Azərbaycan Şərqi Asiyanı Şimal-Qərbi Avropaya bağlayacaq nəhəng geostrateji layihlərin mərkəz dəhlizlərindən birinə çevrildi. Azərbaycanın əhəmiyyəti əvvəlkindən qat-qat çox artmış oldu. Rusiya və İran bu proyektə qarşı dura bilmədilər; bu işə İngiltərə, Avropa İttifaqı, Türkiyə, İsrail, Çin, Pakstan kimi güclərin məcmu ağırlığı qoyulub.

Bu durumda Azərbaycan və Türkiyə, təbii ki, Mərkəzi Asiya bölgəsi öz tranzit önəmini artırdığı zaman Rusiya və İran, sadəcə, bu imkanlardan - qazanc mənbələrindən kənarda qalmamağa çalışır. Rusiya bölgədə öz təsirini saxlamaq üçün Qarabağ ermənilərini faktiki girova çevirib. Eyni zamanda Azərbaycana və Ermənistana öz təsirini göstərmək üçün. Rusiya xarici işlər naziri Sergey Lavrovun: "Biz Dağlıq Qarabağı ilhaq etmək fikrində deyilik" bəyanatını da bu məqsədlə verir. Bu bəyanatın altında yatan anlam "ilhaq edə bilərik" kimi düşünülür. Ancaq Azərbaycan qlobal tərəfdaşlıqdan əldə edəcəyi inkişaf imkanları müqabilində Rusiyanın Qarabağdakı "sülhməramlı" oyunlarını ekvivalent saymır; problemi Rusiya-Türkiyə gündəminin əsas mövzusuna çevirib. Eyni zamanda Rusiyanın bölgədə hər hansı yanlış addımının Çin, Avropa İttifaqı, Britaniya, Türkiyənin özü, eləcə də, ABŞ tərəfdən əks həmlələrlə qarşılaşacağı dəqiqdir. Azərbaycan böyük oynadı. Bu miqyaslı stratejinin nəticələri də çox böyük olacaq. Təkcə iqtisadi baxımdan deyil, həm də siyasi, təhlükəsizlik və sair baxımdan...

BİZİMYOL.İNFO

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »