Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metrosunun ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir
Metro

Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.

Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.

Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında isə bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.

Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.(report)

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »