Filippində 7.0 bal gücündə zəlzələ olub.
APA-nın "CNN Phillipines"ə istinadən verdiyi xəbərə görə, zəlzələ Filippinin cənubunda yerləşən Pondaquita şəhərindən 210 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin episentri 139 km dərinlikdədir.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.