Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: 44 günlük müharibədən sonra tarixi türk coğrafiyası bərpa olunur
Şuşa

Yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə mövzusu olmuş neft yatağı barədə razılaşma əldə edilib. Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanıb. Bu saziş hansı əhəmiyyəti daşıyır? Bu Memorandumla böyük türk dünyası ittifaqının əsası qoyulurmu?

Bizimyol.info-nun sualını Bakı Politoloqlar Klubunun sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov cavablandırır.

Zaur Məmmədov Zaur Məmmədov

“Bu Memorandum tarixi əhəmiyyətli hadisədir. Uzun illərdir bizim “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzərdə iki ölkə arasında sərhəddə yerləşirdi və 1997-ci ildən etibarən adı çəkilən yatağ iki ölkə arasında mübahisəyə səbəb olmuşdu. O zaman mərhum prezident Heydər Əliyev prezident Saparmurad Niyazova yatağın birgə işlənməsini təklif etmişdi. Lakin təklif qəbul edilmədi və ciddi fikir ayrılıqları yarandı.

Lakin 2000-ci illərdən etibarən vəziyyət . Azərbaycanla Türkmənistan arasında münasibətlərdə qarşılıqlı səfərlərin intensiv xarakter almasını gördük. Qurbanqulu Berdımuhəmmədovun hakimiyyətə gəlişindən sonra aparılan danışıqlar ardıcıllaşdı və nəticəni bu gün gördük. Bu saziş həm də regioun geoiqtisadi vəziyyətinə mühüm təsir edəcək. Yaxın vaxtlarda xarici investorlar da bu yatağa cəlb ediləcək və türkmən qazının Avropaya Azərbaycan vasitəsilə nəqlinin şahidi olacağıq. Bildiyiniz kimi son zamanlar TAP və TANAP layihələri ən böyük layihələr kimi Azərbaycan tərəfindən reallaşdırılmışdı. Burda Prezident İlham Əliyevin prinsipal siyasəti böyük rol oynadı. Çünki, Nabuco layihəsi Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tuturdu. Bu reallaşa bilmədi. Əsas problem də xarici maneələr və avropalı liderlərin prinsipial mövqe sərgiləməməsindəydi. Nəticədə İlham Əliyev yeni iqtisadi hədəflər qoydu və bu gün Azərbaycan qazının İtaliyaya qədər çatmasının şahidi oluruq. Bu gün Türkmənistanla əsası qoyulan layihə yeni layihədir. Prezidentimiz Azərbaycanın neft- qaz potensialı sahəsində yeniliklərin olacağı barədə müjdə vermişdi və bu yeniliklərdən birini biz bu gün görmüş olduq. Bu tarixi əhəmiyyətli hadisədir. Sənəd Azərbaycanın həm nəliyyat mövqeyini, həm də geoiqtisadi mövqeyini gücləndirmiş olu,r onu sübut edir ki rəsmi Bakı apardığı düşünülmüş strateji hədəflər istiqamətində regioda yeni geoiqtisadi hab qurmağı bacarmışdır.

Türkiyə, Azərbaycan, Pakistan, Türkmənistan və Əfqanıstandanı birləşdirən Lapis-lazuri nəqliyyat dəhlizinin açılması digər layihələrində siyasi reallaşmasına gətirəcək

Bu yaxınlarda Əfqanıstanda səfirliyimizin açılması xəbəri təsadüfi deyildi. Azərbaycvan həm qərb, həm şərq, həm Xəzərin o tayı istiqamətində, həm türk respublikaları, eləcə də Əfqanıstan və Pakistanla əlaqələrin sıxlaşdırılması yönündə işlər aparır, düşünülmüş xarici siyasət yürüdür. Regionda Azərbaycanın başçılığı altında yenigeoiqtisadi xəritə yaradılır.Azərbayca mühüm layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır.Azərbaycan Pezidentinin düşünümüş diplomatik gedişləri bir zamanlar müxtəlif problemlər yaşadığımız ölkələrlə münasibtlərin yenidən baxılmasına və inkişaf etdirilməsinə gətirib çıxarıb.

Eyni zamanda Türkmənistanın uzun müddət neytral olduğu türk dünyasında sıx mədəni, iqtisadi, siyasi əməkdaşığının şahidi olacağıq. Azərbaycan və Türkiyənin şərq sərhədlərində Türkmənistan dayanır, Türkmənistan şərqə açılan qapımızdır. 44 günlük müharibə nəticəsində qədim Azərbaycan torpaqları olan Zəngəzur vasitəsilə Türkiyə ilə Azərbaycanın quru yollarının açılmasının şahidi olduq. Biz hazırda çox dərin və maraqlı hadisələrin yaşandığı tarixi dövrdəyik, tarixi türk coğrafiyasının xəritəsinin bərpa edilməsinin qurucuları və şahidləriyik”.

İlhamə Rəsulova

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »