Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik: Biz süni qiymətləndirmə istəmirik, mövcud vəziyyəti ölçmək vacibdir
İmtahan

Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları yalnız summativ qiymətləndirmənin keçirilməsini ehtiva edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqubova Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, bu, nə kiçik, nə də böyük summativdir, bu, əlahiddə bir summativ növüdür ki, cəmi bir dəfə keçirilir.

Şöbə müdiri deyib ki, yarım il ərzində keçirilən əsas standartları əhatə edən bacarıqlar, suallar 100 ballıq şkala ilə distant formada keçirilməlidir ki, karantin qaydaları pozulmasın: “Bu qiymətləndirmədə toplanan ballar onların yarım illik balları və qiymətləri olacaq və jurnalda qeyd ediləcək. Təhsil hazırda standartlar üzərində qurulub. Təklif edilən qaydalar hər bir fərdin istəyinə uyğun qərarlaşdırıla bilmir. Qiymətləndirmənin hansı şəkildə keçirilməsi bütün dünyada təhsil sistemi qarşısında duran məsələdir. UNESCO müxtəlif ölkələrin yanaşmaları barədə tədqiqat aparıb. Elə ölkələr var ki, bundan imtina edib, elə ölkə var ki, bizim kimi xüsusi bir forma seçməyə çalışıblar ki, qiymətləndirməni mümkün qədər adekvat keçirsinlər. Bütün dünyada eyni cür yanaşma yoxdur, bizim yanaşma da bizim praktikaya uyğundur. Nazirlər Kabinetinin qərarında qeyd edilmişdi ki, təhsil distant formada olsun, dayandırılmasın. Ona görə də I yarım ilin sonunda da distant formada keçirmək labüddür. Şagirdlərdə yarım il ərzində güclü irəliləyiş olmayıb, bununla belə mövcud öyrənməni bilmək üçün vacibdir. Gələcək addımlar üçün vacibdir”.

V.Yaqubova qeyd edib ki, valideynlərə paylanan iltizam vərəqələrində də müddəa var idi ki, şagird hibrid formada olan dərslərdə iştirak etmirsə, valideyn onun müstəqil öyrənməsini təmin etməyi öhdəsinə götürür: “Qiymətləndirmə heç də o anlama gəlmir ki, onlardan böyük nəticə gözləyirik. Biz süni qiymətləndirmə istəmirik, mövcud vəziyyəti ölçmək vacibdir. Buna imtahan kimi baxmaq düzgün deyil. Şagird özü haqqında məlumat almalıdır ki, onda hansı fəndə, hansı hissədə axsama var”.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »