Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayden administrasiyasının üzvlərinin bəzilərinin erməni təəssübkeşliyinə nəzər yetirsək, müəyyən təzyiqlər ola bilər”
Co Bayden xanımı Cill Bayden ilə

Amerika Birləşmiş Ştatlarında 46-cı Prezident Co Baydenin andiçmə mərasimindəki nitqi müzakirələrə səbəb olub.

Belə ki, Baydenin Azərbaycanın qonşu ölkələri olan - Rusiyanın ABŞ-ın təhlükəsizliyinə əsas təhdid olduğunu deməsi, Türkiyənin S-400 zenit-raket kompleksini almağını qəbuledilməz adlandırması və İranla yenidən dialoq başlayacığını söyləməsi müzakirələri gərginləşdirib.

Amerikanın regiona münasibətində nələrin dəyişə biləcəyi haqqında Bizimyol.info Milli Məclisin deputatı Nəsib Məhəməliyevin rəyini öyrənib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“ABŞ-ın yeni prezidenti Baydenin and içmə mərasimində səsləndirdiyi fikirlər əsasən onun seçki qabağı proqramı ilə üst-üstə düşür və birmənalı şəkildə 4 il əvvələ qədər Demokratlar partiyasının nümayəndəsi Barak Obamanın apardığı siyasətin davamı kimi qəbul etmək lazımdır. Düşünürəm ki, prezident Trampın qəbul etdiyi qərarların bir çoxuna yenidən baxılacaq və yaxud ləğv olunacaqdır”,-deyə N.Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Rusiya ilə münasibətlərdə sanksiyaların daha da sərtləşdirilməsi, gərginliyin artması gözlənir: “Altılıq formatında İranla əldə olunmuş nüvə proqramını bərpa edəcəklər. Uyğurların hüquqlarının tapdalanması ilə bağlı konqresin qəbul etdiyi qətnamə, daha çox Amerikanın şəxsi maraqlarına hesablanmış təzyiq vasitəsidir. Çinlə yeni ticarət müqaviləsinin uyğun şərtlərlə imzalanması ABŞ üçün olduqca əhəmiyyəti böyükdür”.

Deputat təəssüflə bildirib ki, Yaxın Şərq və ələlxüsus Türkiyə ilə münasibətlərdə Tramp və Bayden admnistrasiyanın siyasəti çox fərqlənmir: “Eyni zamanda İraqda, Suriyada Türkiyə əleyhinə “kürd” kartından istifadə olunacaq, separatçılığa dəstək verəcəklər. S-400 məsələsini bəhanə gətirməklə, Türkiyənin regionda güclənməsinin qarşısını almağa çalışacaqlar. Tramp administrasiyasından fərqli olaraq, Yaxın Şərqdən əsgərlərini çıxarmaması isə, qlobal geosiyasi maraqlarının davam etdiriləcəyini göstərir. Bundan ötrü qardaş ölkənin daxilindəki 5-ci kolon nümayəndələrini fəallaşdırmaqla, ictimai-siyasi sabitliyi pozmağa cəhd olunacaqdır. İndiki administrasiya üzvlərinin bəzilərinin erməni təəssübkeşliyinə nəzər yetirsək, burada da müəyyən təzyiqlər ola bilər.

Ancaq bütün bunlarla bərabər, ABŞ elə bir ölkədir ki, orada subyektiv amillərdən daha çox, obyektiv proseslər daha çox əhəmiyyət kəsb edir. Biz bir çox siyasətçilərin hakimiyyətə gələndən sonra, müxalifətdə olduğu vaxtdan fərqli siyasət apardığının şahidi olmuşuq. Ona görə də, əksər ölkələr yeni prezidentin hakimiyyətdə atacağı addımları səbirsizliklə gözləyir və ona adekvat siyasətlərini quracaqlar.

Baydenin Paris iqlim razılaşmasına qoşulması, miqrantlarla bağlı qərarları müsbət addımlar kimi qiymətləndirilməlidir. İnanmaq istərdim ki, yeni administrasiya ədalətli siyasəti ilə əvvəlkilərdən müsbət mənada fərqlənəcəklər”.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »