Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan hakimiyyəti müharibənin başlayacağını bilirdi"
Nikol Paşinyan və David Tonayan

Ermənistan hakimiyyəti müharibənin başlayacağı günü bilirdi.

Bu barədə “Politik.am” nəşri yazıb.

Nəşr yazır ki, hakimiyyət 27 sentyabrda başlayan müharibə şəraitini gizlətmək üçün hər şey edir. Hansıki bu, cəmiyyəti yuxudan oyadacaq və məğlubiyyətin yeganə günahkarının mövcud rəhbərliyinin olduğunu sübut edə biləcək.

“Bu müharibə ilə bağlı ən böyük səhv düşüncə, hakimiyyətin onun başlamasını bilməməsi ilə bağlıdır. Reallıq ondan ibarətdir ki, artıq 23 sentyabrda Ermənistan baş qərargahının kəşfiyyatı müharibənin 27 sentyabrda başlayacağı barədə məlumat verib, hətta vaxtı da məlum idi.

Bu məlumatların fonunda Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərimizi necə məhv etməsi aydın deyil, kazarmadakı yüzlərlə əsgərin öldürülməsi necə baş verdi? Müharibədən xəbərdar olan hərbi-siyasi rəhbərlik Azərbaycan Ordusunun ilk zərbəsinin qarşısını əks hücumla almaq mümkün olmasa belə, onun bu dərəcədə ölümcül olmaması üçün niyə addım atmadı?

Artıq hakimiyyətin müharibə şəraiti ilə bağlı açıq və şəffaf istintaqdan niyə çəkindiyi aydındır. Bu vəziyyətdə Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Arqişti Kyaramyan, keçmiş müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan və baş nazir Nikol Paşinyan bir çox xoşagəlməz suallara cavab verməli olacaqlar ki, bunun da cinayət nəticələri ola bilər", - nəşrdə qeyd edilir.(virtualaz.org)

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »