Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan istəyir ki, Azərbaycanla normal əlaqələr qursun”
“Paşinyan istəyir ki, Azərbaycanla normal əlaqələr qursun”

“Ermənistan cəmiyyətində Azərbaycana qarşı rivanşist açıqlamaları, xüsusilə Ermənistan Xarci İşlər naziri Ara Ayvazyanın Şuşanı ermənilərin “mədəniyyət mərkəzi” kimi qiymətləndirməsi, Ermənistan cəmiyyətindəki faşist və barbarçılıq ideologiyasından irəli gəlir. Göründüyü kimi Ayvazyanın bu açıqlamaları hakimiyyət içərisində fikir ayrılıqlarına gətirib çıxardır”.

Bunu Bizimyol.info-ya açılaması zamanı Cənubi Qafqaz Təhlükəsizlik Mərkəzinin sədri Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan parlament iclasında Şuşanın demoqrafiq quruluşunda 90 faizdən çox azərbaycanlı yaşadığını deməsi bir daha göstərdi ki, hakimiyyət arasında fikir ayrılıqları var.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Paşinyanın bu açıqlamaları reallığa uyğundur və görünür ki, Paşinyan Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesində normal bir sürəcin getməsində maraqlıdır. Bu prosesləri körükləyən, problemə gətirib çıxaran hər hansı bir bəyanatlar vermir, amma göründüyü kimi bu istiqamətdə hökümətin digər üzvləri provikasiyalara əl atırlar. Ermənistanla Azərbaycan arasında yeni bir münaqişənin alovlanmasında maraqlıdırlar. Təbii ki, Nikol Paşinyanın bu açıqlamaları, Şuşa ilə bağlı qeyd etdikləri Ermənistan cəmiyyətini daha da normal bir sürəcə gətirmək siyasətinin tərkib hissəsidir. Artıq Paşinyan da bilir ki, geriyə dönüş yoxdur. Revanşist açıqlamalar, Şuşa ilə bağlı Ayvazyanın dedikləri kimi açıqlamalar regionda Ermənistanın geostrateji layihələrdə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq planını arxa plana ata bilər. Ona görə də, Nikol Paşinyan Şuşa ilə bağlı bu həqiqəti dilə gətirməklə erməni cəmiyyətinə mesaj verir ki, artıq cəfəng, reallığa uyğun olmayan idealogiyadan əl çəkin və normal bir sürəcə, inkişafa doğru addım atın”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan bundan sonra da bu kimi bəyanatlar verəcəyi gözlənilən haldır.

“Həmçinin Zəngilan, Qubadlı, Cəbrayıl ilə bağlı erməni cəmiyyətindəki xəstə təxəyyülə son qoya bilər. Bu gün Paşinyan Ermənistanı dalandan, blokadadan çıxarmaq istəyir.

Paşinyanın bu açıqlamalarını arxasında siyasi planlar var. O, bu planlar əsasında çalışır ki, növbəti mərhələdə Azərbaycanla normal əlaqələr qursun”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »