Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəni həll edib
Azərbaycanla Türkmənistan - memorandum

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində uzun illər müzakirə mövzusu olmuş neft yatağı barədə razılaşma əldə edilib.

Azpost.info bildirir ki, yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanıb.

Bu, hər iki tərəfin müxtəlif adla adlandırdığı yataqdır. Azərbaycan onu “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırırdı.

Bu gün Aşqabadda yatağın birgə işlənməsi ilə bağlı Memorandum imzalanıb. Memorandumu iki ölkənin xarici əlaqələr qurumlarının rəhbərləri – Azərbaycan nümayəndə heyətinin başında Aşqabada gələn Ceyhun Bayramov və Rəşid Meredov imzaladılar.

Elə bu gün Memorandumun imzalanması ilə bağlı Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

1997-ci etibarən adı çəkilən yatağ iki ölkə arasında mübahisəyə səbəb olmuşdu. O zaman mərhum prezident Heydər Əliyev prezident Saparmurad Niyazova kompromis təklif olaraq yatağın birgə işlənməsini təklif etmişdi. Niyazov bundan imtina edərək siyasi gərginlik yaradan bəyanat verməkdən də çəkinməmişdi. O zaman Niyazov “Xəzərdən qan iyi” gəlir bəyanatı MDB-də ciddi rezonans doğurmuşdu.

2000-ci illərdə bu istiqamətdə müzakirələr davam edib.

Təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağı ilk olaraq Azərbaycan neftçiləri tapıb və 1989-cu ildə orada ilk kəşfiyyat quyusunu qazıblar. Neft 4 kilometr dərinliyindəki layda aşkarlanıb.

Yataqda təqribən 100 milyon ton neftin olduğu güman olunur. Yeni texnologiyalarla bu neftin 50 milyonunu hasil etmək mümkündür. Bu isə təqribən 35 milyard dollar deməkdir.

Qaz laylarında isə 100 milyard kub metrə qədər qazın olduğu təxmin edilir.

Son nəticədə “Dostluq” adlandırlan yataq iki ölkə arasında etibarlı münasibətlərin yeni indikatoru sayıla bilər.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »