Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ Qəhrəmanları” Fondu yaradılır
Milli Elmlər Akademiyası

AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fonduyaradılacaq.

Bu barədə Bizimyol.info-ya AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fondda bu günə kimi Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq. Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. Eyni zamanda, müharibədə iştirak edən Azərbaycanın şəhid olmuş mərd oğullarının şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənəcək.

Bununla yanaşı, fond Mərkəzi Elmi Kitabxananın həm yerli, həm də əcnəbi istifadəçilərinə Azərbaycan tarixində əvəzolunmaz izlər qoyan qəhrəmanlarımızın yaxından tanıdılmasına şərait yaradacaq.

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir.

Qeyd edək ki, yeni yaradılacaq fonda II Qarabağ döyüşlərində mərdliklə iştirak etmiş, 2020-ci il noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuş Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

İlhamə Rəsulova

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »