Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yeni Prezident dövründə Azərbaycana münasibət necə olacaq...
Co Bayden xanımı Cill Bayden ilə

Dünən Amerika Birləşmiş Ştatlarında (ABŞ) 46-cı Prezident Co Baydenin andiçmə mərasimi keçirilib.

O, andiçmə mərasimində Rusiyanın ABŞ-ın təhlükəsizliyinə əsas təhdid olduğunu, Çinin insan hüquqlarını pozduğunu, Türkiyənin S-400 zenit-raket kompleksini almağını qəbuledilməz və İranla yenidən dialoq başlayacığını deməsi müzakirələrə səbəb olub.

Xatırladaq ki andiçmə mərasimində Azərbaycanın 3 qonşu ölkəsinin adını çəkən Bayden Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri olub.

“ABŞ-da keçirilən prezident seçkiləri və seçkilərdən sonrakı proses bir çox hadisələrlə yadda qaldı. Keçmiş prezident Trampın tərəfdarlarının etiraz aksiyaları, yeni prezident Baydenin andiçmə mərasimində verdiyi açıqlamalar, bəzi dövlətlərə xitabən verilən ismarıclar dünyada birmənalı qarşılanmayıb.

Baydenin açıqlamaları əsasən Rusiya, Çin, Türkiyə, İran, Yaxın Şərq, eləcə də, müəyyən mənada Qafqazı əhatə edir”.

İlyas Hüseynov İlyas Hüseynov

Bunu Bizimyol.info-ya politoloq İlyas Hüseynov bildirib.

Politoloq xatırladıb ki, Co Bayden prezident seçkiləri öncəsi də Rusiyaya, Çinə, Türkiyəyə və İrana qarşı öz mövqeyini ortaya qoymuşdu: “Baydenin ənənəvi olaraq demokratların həyata keçirdiyi xəttin tərəfdarı olduğu ilə bağlı qəti şəkildə fikirlər söyləmək olar.

ABŞ-ın təhlükəsizliyinə əsas təhdid kimi Co Bayden Rusiyanı görür. Rusiya ilə konfederasiyaların, müxtəlif səviyyələrdə mübarizələrin davamını müşahidə edə biləcəyik.

Eyni zamanda koronavirus pandemiyasının Çindən çıxmasından sonra Çinin beynəlxalq mövqelərinə, eləcə də geosiyasi müstəvidə təsir dairəsinə almaq istədiyi çoğrafiyalara ABŞ-ın təsiri daha da artırılacaq. Koronavirus məsələsilə bağlı Çinin üzərinə yeni ABŞ Administrasiyasının gedəcəyilə bağlı müxtəlif proqnozlar da var.

Bayden Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini alması məsələsinə də toxundu. Bayden Türkiyəni bu prosesdən çəkinməyi təklif edir. Bayden İranla bağlı danışıqların anonsunu verdi”.

Bəs, ABŞ-da yeni Prezident dövründə Azərbaycana münasibət necə olacaq?

“Bayden milliyyəti erməni olan şəxslərə Prezident Adminatrasiyasında vəzifələr verdi. Bəzi məsələlərdə ermənipərəst mövqe nümayiş etdirən Bayden Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri kimi tanınır. Ona görə də rəsmi Bakı ABŞ-da həyata keçirilən siyasəti diqqətlə izləməlidir. Diplomatik nümayəndələrimiz bütün məsələləri diqqətdə saxlamalıdır. ABŞ-ın Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda həyata keçirəcəyi siyasət bizi çox yaxından maraqlandırır.

ABŞ-ın 46 prezidenti Baydenin ermənipərəst mövqeyi açıq ortadadır. Ona görə ölkəmizə qarşı məkirli addımların qarşısı mütləq alınmalıdır”,-deyə politoloq İlyas Hüseynov bildirib.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »