Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan xalqı tarixinin ən qanlı hadisələrindən biri olan “Qara Yanvar” gününü qeyd edir
Şəhidlər Xiyabanı (3)

Otuz bir il əvvəl, 19 yanvarda Sovet İttifaqının mərkəzi hökuməti ölkəmizdə fövqəladə vəziyyət elan edərək Sovet qoşunlarını Bakı şəhərinə və Azərbaycanın digər ərazilərinə yeritdi. 20 yanvar gecəsi Sovet qoşunlarının komandanlığı altında Bakıda yaşayan günahsız mülki vətəndaşlara divan tutuldu. Əsgərlərə qarşılarına çıxan hər kəsə atəş açmaq əmri verildi. Bir gecə ərzində kişilər, qadınlar və uşaqlar da daxil olmaqla 140-dan çox mülki şəxs Sovet təcavüzünün qurbanına çevrildi, yüzlərlə insan yaralandı. Çox sayda yaşayış obyektləri, nəqliyyat vasitələri və avtobuslar Sovet tankları tərəfindən məhv edildi.

Bir çox ekspertlərin fikrincə, 20 yanvarda Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik bütün insanlığa qarşı bağışlanmaz cinayət hesab edilməlidir.

Visiontv.az xəbər verir ki, irlandiyalı tarixçi Patrik Uolş Eurasia Diary-yə 20 yanvar tarixində baş verən Sovet vəhşiliyi və Qorbaçovun fəlakətə sürükləyən siyasəti haqqında şərh verib.

Onun sözlərinə görə, 20 yanvarda Bakıda baş verənlər mənasız bir qırğın idi.

“Sovet İttifaqı öz hərəkətlərini Bakıda icmalar arasında şiddət hallarının baş verməsi ilə əsaslandırdılar. Lakin bu zorakılıqla Sovet qüvvələrinin kütləvi qırğını arasında elə bir əlaqə yox idi”, o dedi.

“Bu, İngilislərin Hindistanda Amritsar kimi hadisələr zamanı tətbiq etdiyi “administrativ qırğın”adlanan hal idi. “Administrativ qırğın” dövlətin əhalini passiv vəziyyətə salmaq məqsədilə bir hadisədə böyük zorakılıq tətbiq etdiyi haldır. Qara Yanvar məhz belə bir hadisə idi”, o qeyd etdi.

Uolş, Azərbaycan xalqının öz müstəqilliyini qazanmaq üçün Sovet müstəmləkəçiliyinə qarşı müqaviməti haqda bildirdi ki, Azərbaycan xalqını motivasiya edən ilk növbədə SSRİ-nin 1920-ci ildə Qarabağda separatizmə qarşı həlli dəstəkləməkdən imtina etməsi oldu.

“Qorbaçov yanlış siyasəti ilə millətçiliyi təşviq edirdi. O, Qarabağdakı və Ermənistandakı azərbaycanlıları qoruya bilmədi, bu isə dövlətin əsas vəzifəsidir. Azərbaycanlıları istiqlaliyyətinə qovuşduran da budur. SSRİ açıq-aydın parçalanırdı və müstəqillik zərurətə çevrildi”, o bildirdi.

İrlandiyalı tarixçi, eyni zamanda qərb ictimaiyyətinin Sovet rəhbərliyinin Bakıda törətdiyi qətliamları bu günə qədər pisləməkdən çəkindiyini də qeyd etdi.

Onun fikrincə, Sovet İttifaqının sonuncu Baş katibi Mixail Qorbaçov, SSRİ-nin dağıdılmasına çalışan qərb liderlərinin maraqlarına xidmət edən əlverişli fiqur idi.

“Qərb Qorbaçovu sevirdi. Onu qərb dünyasının əsas düşməni olan güclü dövlətin dağılmasına kömək edən faydalı axmaq hesab edirdi. Onu tənqid etməkdən çəkinirdilər, çünki o, belə bir yaxşı iş görürdü və uyğun reaksiya vermək istəmirdilər”, o dedi.

"Bir də irqçilik elementi var idi, çünki bu, Almaniya, Polşa, Çexoslovakiya və ya Macarıstanda olsaydı, heç vaxt unudulmazdı", o əlavə etdi.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »