Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli izləmə cihazlarını aşkar etmə üsulları
Gizli izləmə cihazlarını aşkar etmə üsulları

Yüksək texnologiyalar inkişaf etdikcə insanların azadlığı özləri də bilmədən əllərindən daha çox alınır. Hər yerdə bizi izləyən gözlər, kameralar var.

Açıq kameraları anladıq, bəs olduğumuz mühitdə gizli kameraların olduğunu necə müəyyən etmək olar? Bəzən vəzifəli və ya imkanlı şəxslər, elə sadə vətəndaşlar da şantaj obyektlərinə çevrilə bilərlər. Gizli görüntülərin öz ovçuları var. Təhlükəsizliyin təmin edilməsi, sizi izləyən gizli bir gözün olmadığını necə bilmək olar?

Bu sualın cavabını Pavel Masayedov verir.

“Olduğunuz yerdə gizli kameraların olub –olmamasını müəyyənləşdirmək üçün ətrafa diqqət yetirmək lazımdır. Əgər kameranı məqsədyönlü şəkildə gizlədiblərsə, o diqqəti yayındırmaq üçün digər əşyaların yanında olacaq. Tüstü ötürücülərinə, otaqdakı şəkillərə, yumşaq oyuncaqlara, saatlara, mediaoynadıcılara diqqət yetirmək lazımdır.

Həmçinin, müasir texnologiyalara diqqət etmək lazımdır. Otaqda internetə qoşulmuş bütün cihazları göstərən proqramlar var. Bu proqramlar leqal və azad satışdadır. Adətən gizli kameraları yerli şəbəkəyə qoşulur, buna görə həmin proqramlarla gizli kameranın qoşulub-qoşulmadığını da görmək mümkündür. Elektromaqnit şüalanması olan peşəkar dedektorlardan da istifadə etməklə gizli kameraların gözündən özünüzü qoruya bilərsiniz. Bu cihazlar gizli kameraların yaydığı şüaları axtarıb tapmaq özəlliyinə malikdir”,- deyə ekspert qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »