Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Bu il SOCAR-ın paylarının satışı planlaşdırılmır"
Mikayıl Cabbarov

Bu il dövlət şirkətlərinin, o cümlədən SOCAR-nın paylarının satılması planlaşdırılmır.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan satış üçün vaxt çərçivəsi olmayan və indiyədək təklif edilməmiş yeni aktivlərin daxil olacağı özəlləşdirmə proqramını qəbul etmək niyyətindədir: "Özəlləşdirmə naminə özəlləşdirmə etmək və ya müəyyən bir müddət çərçivəsində özəlləşdirmə aparmağı doğru olduğuna inanmırıq və bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyərini artırmaq üçün imkan verən investisiya holdinqi qurmaq idi".

Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Həmin ilin noyabr ayında isə Prezident SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »