Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: “Rusiya SSRİ-nin varisi kimi 20 Yanvara görə üzr istəməlidir”
Hüquqşünas: “Rusiya SSRİ-nin varisi kimi 20 Yanvara görə üzr istəməlidir”

Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bübüloğlu 20 Yanvar hadisəsi barədə danışarkən faciəni bu günkü demokratik Rusiya ilə əlaqələndirməyin düzgün olmadığını bildirib. Bülbüloğlu baş verən hadisələrin Sovet hakimiyyəti dövründə yaşandığını xatırladıb. Səfirin bu sözləri cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Bir çoxları hadisələrdə bir başa Rusiyanın əli olduğunu, başqa qrup isə Rusiyanın SSRİ-nin hüquqi varisi olduğu üçün məsuliyyət daşıdığını deyir.

Hazırda Rusiyada yaşayan həmyerlimiz, beynəlxalq hüquq münasibətləri üzrə mütəxəssis Eduard Hüseynov Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, SSRİ dağılan gündən Rusiya onun varisidir. Dərhal BMT TŞ-da SSRİ-nin yerinə oturub, Sovetin bütün beynəlxalq öhdəliklərini, o cümlədən xarici borclarını öz üzərinə götürüb. Polad müəllimin demokratik hesab elədiyi Rusiya Xocalı faciəsinə , 1993-cü ildə 7 rayonun işğalına görə birbaşa məsuliyyət daşıyır.

“Rusiya 1992-ci ilin dekabrında özünü SSRİ-nin varisi elan edib. Amma indiyədək Sovetlər birliyinin varisi kimi Azərbaycan xalqından 20 Yanvar qırğınına görə nə üzr istəyib, nə də onun təşkilində iştirak etmiş hazırki Rusiya vətəndaşlarının mühakiməsini həyata keçirib.

“Rusiya SSRİ-nin beynəlxalq əlaqələri və qoşulduğu bütün müqavilələr üzrə varisi olduğunu 1992-ci ilin yanvarında elan edib. Bu artıq beynəlxalq hüququn predmetidir.

Ammaa mülki və inzibati məsələrdə Rusiya SSRİ-nin varisliyinə iddia etməyib. Belə bir hüquqi akt və ya norma yoxdur.

SSRİ 15 respublikadan təşkil olunub. Ayrılanda da hər ölkə üz əraziisndə baş verən cinayətə görə müstəqil şəkildə istintaq apara bilərdi. Sadəcə Azərbaycan tərəfi ötən 30 ildə bu yöndə fəal hüquqi proses aparmayıb. Əlbəttə federal səviyyədə hüquq və öhdəliklərin SSRİ-dən Rusiya Federasiyasına ötürülməsini təyin edəcək xüsusi normativ hüquqi akt yoxdur. Amma Rusiya Federasiyasının bir çox beynəlxalq müqavilələrində və Rusiya Federasiyasının özünün federal qanunlarında onun SSRİ-nin varisi və ya davamçısı olduğuna dair xatırlatmalar, istinadlar var”,- deyən hüquqşünas əlavə edib ki, 20 Yanvar hadisələrini Rusiya xalqı ilə əlaqəndirmək doğru deyil, rus xalqı özü Sovetlər birliyinin imperiya siyasətinin qurbanı olub.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »