Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkumdan narkotik vasitə və pnevmatik tapança götürülüb
Keçmiş məhkumdan narkotik vasitə və pnevmatik tapança götürülüb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, əməliyyat zamanı Qax rayonu Qaxingiloy kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Fuad Mustafazadə tutularaq istintaqa təqdim olunub. Şəxsi axtarış zamanı F.Mustafazadədən sellofan torbada çəkisi 33 qram narkotik vasitə olan qurudulmuş marixuana və pnevmatik tapança aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə şəhər ərazisində gizlətdiyi 435 qram qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »